SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
“Xalq Bank” və “Azərbaycan Sənaye Bankı”nda mənfəət vergisi ödəmələrində kəskin AZALMA - CƏDVƏL

“Xalq Bank” və “Azərbaycan Sənaye Bankı”nda mənfəət vergisi ödəmələrində kəskin AZALMA - CƏDVƏL

  • 18 may 2026, 09:57

Azərbaycanda 6 bankın rüblük mənfəət vergisi ödəmələri 3,5 milyon manatdan az deyil

Bu ilin I rübündə, bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş “Bank BTB” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 21 bankdan 15-i mənfəət vergisi ödəyib.

Yurd.Media xəbər verir ki, bunlardan 5-də sözügedən məbləğ 3,5 milyon manatdan az deyil.

Həmin banklar, “Kapital Bank” (26,6 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (ABB, 22,3 milyon manat), “PAŞA Bank” (14,15 milyon manat), “Bank Respublika” (4,65 milyon manat) və “Xalq Bank” (3,5 milyon manat) ASC-lərdir.

Qalan 10 bankdan 5-nin mənfəət vergisi ödəmələri 1-3,5 milyon manat arasında, 5 bankın mənfəət vergisi ödəmələri isə 1 milyon manatdan azdır.

Mənfəət vergisi ödəmiş 15 bankdan 2-də – “Xalq Bank” və “Azərbaycan Sənaye Bankı” ASC-lərdə sözügedən göstərici azalıb. Müvafiq olaraq 23,6% və 37,3%.

1 bank – “Bank VTB Azərbaycan” ASC ötən ilin eyni dövründə mənfəət vergisi ödəmədiyi üçün onun bu göstəricisinin dinamikasını hesablamaq mümkün olmayıb.

Qalan 12 bankın isə mənfəət vergisi ödəmələri artıb. Bu baxımdan ən yüksək dinamika “Zıraat Bank Azərbaycan” ASC-də (96,9%), ən aşağı dinamika isə “Bank of Baku” ASC-də (11,9%) qeydə alınıb.

Yurd.Media-nın bankların 2026-cı ilin I rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Aparıcı bankların aktivlərində AZALMA - SİYAHI

- Qiymətli kağızlara investisiyaları artıran banklar - SİYAHI

- “PAŞA Bank” və “Xalq Bank”dan başqa hamının kredit portfeli artıb - CƏDVƏL

- Azərbaycanda 18 bankın problemli kreditləri artıb

- Milyardlıq öhdəliklər: Hansı banklar nə qədər risk altındadır? - CƏDVƏL

- Depozit portfeli artan və azalan BANKLAR - CƏDVƏL

- “Kapital Bank” AMB-yə borcunu 12%-ə yaxın azaldıb

- Balans kapitalı artan və azalan BANKLAR - CƏDVƏL

- “PAŞA Bank” və daha iki xırda bankın əməliyyat gəlirləri AZALDI

- Faizlərdən ən çox qazanan banklar - CƏDVƏL

- “PAŞA Bank” qeyri-faiz gəlirləri ən çox azalan, ABB isə ən çox artan bankdır - CƏDVƏL

- “PAŞA Bank” və “Bank VTB Azərbaycan”dan başqa bütün bankların əməliyyat xərcləri artıb - CƏDVƏL

- “Kapital Bank” və “Premium Bank” faiz ödənişlərini azaldır - CƏDVƏL

- “PAŞA Bank”, “Yelo Bank” və “Bank VTB Azərbaycan”dan başqa bütün bankların qeyri-faiz xərcləri artıb - CƏDVƏL

- “Xalq Bank”ın əməliyyat mənfəətində milyonlarla manat GERİLƏMƏ - CƏDVƏL

- Xüsusi ehtiyatlara ayırmalar üzrə bankların durumu - CƏDVƏL

- Banklardan ikisinin gözlənilməz gəlirləri var

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları