Azərbaycanın sığorta sektoru bu ilin I yarısını 90 milyon manat xalis mənfəətlə başa vurub.
Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,9% çoxdur.
Yarım illik xalis mənfəətin yarısı həyat, yarısı isə qeyri-həyat sığortaçılarının payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 9,8% və 15,4% çoxdur.
Bu il iyulun əvvəlinə sığorta şirkətlərinin aktivləri ötən il iyulun əvvəlinə nisbətən 5,6% çox – 2 260 milyon manat təşkil edib. Sektorun öhdəlikləri 1 650 milyon manat (6,45% çox), balans kapitalı isə 610 milyon manat (3,4% çox) olub.