Bu il oktyabrın 1-nə Azərbaycan bankları 63,6 milyard manatlıq aktivlərə, o cümlədən 31,7 milyard manatlıq kredit portfelinə malik olub.
Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bunlar, ötən il oktyabrın 1-i ilə müqayisədə müvafiq olaraq təxminən 14% və 16% çoxdur.
Hesabat tarixinə bank sektorunun öhdəlikləri 55,8 milyard manat (təxminən 15% çox), o cümlədən depozit portfeli 42,3 milyard manat (16% çox), balans kapitalı isə 7,8 milyard manat (təxminən 10% çox) olub.