SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank

TƏYİNATLAR

TƏYİNATLAR

Azərbaycanda dövlət qurumları, şirkətlər, təşkilatlar və digər müəssisələrdə rəhbər vəzifələrə baş verən yeni təyinatlar, vəzifə dəyişiklikləri və işdən çıxarılmalarla bağlı ən son xəbərlər. Vəzifəyə təyin olunan və vəzifədən azad edilən şəxslərin əvvəlki və yeni vəzifələri, eləcə də karyera fəaliyyəti barədə dəqiq məlumatlar təqdim olunur.

16 oktyabr 2026 | 22:01

17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu

Azərbaycanda “Baker Tilly Azerbaijan” mühasibatlıq şirkətinə yeni direktor təyin olundu.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Zaur Əmirov şirkətdə audit direktoru vəzifəsinə təyin edilib.

Zaur Əmirov yeni təyinatından əvvəl, 2022-ci ilin sentyabrından 2026-cı ilin mayınadək şirkətdə baş audit meneceri vəzifəsini tutub.

Əmirov “Baker Tilly Azerbaijan”da uzun müddətdir fəaliyyət göstərir. O, 2012-ci ilin iyulundan 2015-ci ilin iyulunadək isə baş auditor, 2015-ci ilin iyulundan 2016-cı ilin iyulunadək audit üzrə menecer köməkçisi, 2016-cı ilin iyulundan 2022-ci ilin avqustunadək audit meneceri vəzifələrində çalışıb.

Zaur Əmirov karyerasına 2009-cu ilin sentyabrında həmin şirkətdə audit köməkçisi kimi başlayıb və 2012-ci ilin iyulunadək bu vəzifədə fəaliyyət göstərib.

Beləliklə, Zaur Əmirov audit sahəsində uzunillik təcrübə topladığı “Baker Tilly Azerbaijan” şirkətində karyera yüksəlişi edərək audit direktoru vəzifəsinə təyin olunub.

Zaur ƏmirovZaur Əmirov

16 oktyabr 2026 | 16:54

"Azərbaycan Beynəlxalq Bankı"nda yeni TƏYİNAT

“Azərbaycan Beynəlxalq Bankı” ASC-də (ABB) yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, müvafiq əmrlə Toğrul Tağıyev ABB-də İnvestisiya həlləri departamentinin müdiri təyin edilib.

O, ötən ildən ABB-də çalışır və bu təyinata qədər İnvestisiya həlləri üzrə komanda rəhbəri olub.

T. Tağıyev 2024-2025-ci illərdə isə “PAŞA Bank” ASC-də və onunla birlikdə “PAŞA Holdinq” MMC-də təmsil olunan “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də çalışıb.

Toğrul TağıyevToğrul Tağıyev

16 oktyabr 2026 | 16:08

Testlər kitabının müəllifi yüksək vəzifəyə təyin olundu

"Anadolu Leasing" MMC-də yeni yaradılmış Audit Komitəsinə sədr təyin olunub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, müvafiq əmrlə bu vəzifəyə Ramin Bayramov təyin olunub.

O, "Turan Bank" ASC-də Müşahidə Şurasının müstəqil üzvü və Audit komitəsinin üzvüdür. Eyni zamanda "International Consulting Company" şirkətində də vəzifə daşıyır.

R.Bayramov həmçinin Azərbaycan Dövlət İqtisad Universtetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin müəllimi, Azərbaycan Turizm və Menecment Universtetinin "İqtisadiyyat" kafedrasının müəllimi, Odlar Yurdu Universtetinin "Magistratura" şöbəsinin müəllimidir. 

R.Bayramov “Bank sistemi və bank əməliyyatları testlərlə” kitabının müəllifidir.

Qeyd edək ki, "Anadolu Leasing" MMC Bakı şəhərində fəaliyyət göstərən, fiziki və hüquqi şəxslərə maliyyə lizinqi xidmətləri təqdim edən kredit-maliyyə təşkilatıdır. Şirkət əsasən avtomobil lizinqi, kommersiya texnikası və avadanlıqların maliyyələşdirilməsi sahəsində ixtisaslaşıb.

Ramin BayramovRamin Bayramov

16 oktyabr 2026 | 13:46

Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO

Müdafiə Sənayesi Nazirliyi yanında Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzində yeni təyinat olub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, İsmail Bəhrəmov Mərkəzin İnformasiya Texnologiyaları və İnformasiya Təhlükəsizliyi Departamentinin rəhbəri təyin edilib.

O, bu təyinata qədər "Prime Light" MMC-də İnformasiya Təhlükəsizliyi şöbəsinin müdiri işləyib.

İsmail Bəhrəmovİsmail Bəhrəmov

16 oktyabr 2026 | 11:28

Baş direktor özünə köməkçi təyin etdi - FOTO

Azərbaycanda hərbi və mülki geyim, xüsusi təyinatlı uniformalar, ayaqqabı və texniki tekstil məhsullarının istehsalı ilə məşğul olan "Q-STP" MMC-nin yeni Baş direktoru Fərid Rzabəyli özünə köməkçi təyin edib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bu vəzifəyə Validə Musayeva təyinat alıb.

O, yeni təyinatadək inşaat şirkəti olan "Modulx" MMC-də Ofis meneceri - Baş direktorun köməkçisi vəzifəsində çalışıb. 

Validə MusayevaValidə Musayeva

Məlumat üçün bildirək ki, Fərid Rzabəyli bu ilin iyulunda şirkətin baş direktoru vəzifəsinə təyin olunub. O, bu təyinata qədər “Sumqayıt Tekstil” MMC-də direktor vəzifəsini icra edib. 

Xatırladaq ki, “Q-STP” MMC tekstil sənayesində fəaliyyət göstərən və güc strukturları, dövlət qurumları, sənaye müəssisələri, eləcə də korporativ müştərilər üçün yüksək keyfiyyətli xüsusi təyinatlı geyimlər, iş geyimləri, fərdi mühafizə vasitələri və digər tekstil məhsullarının istehsalı və təchizatı sahəsində ixtisaslaşmış şirkətdir.

Fərid RzabəyliFərid Rzabəyli

16 oktyabr 2026 | 09:06

SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəsmi rəqəmsal transformasiya qolu və texnologiya şirkəti olan "SOCAR TECH"də yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Elmir Məmmədov "SOCAR TECH"də Baş icraçı direktorun müavini vəzifəsinə təyin olunub.

O, bu ilin iyun ayından yeni təyinata qədər İnsan Resursları üzrə Baş Direktor, ötən ilin oktyabrından bu ilin iyun ayınadək isə Baş İcraçı Direktorun müşaviri vəzifəsində çalışıb.

E. Məmmədov 2020-2025-ci illərdə isə "SOCAR Downstream"də insan resursları meneceri və direktoru vəzifəsini icra edib.

O, ümumilikdə 2012-ci ildən SOCAR-da fəaliyyət göstərir.

Elmir MəmmədovElmir Məmmədov

15 oktyabr 2026 | 20:32

“SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “SOCAR Petroleum” QSC-də yeni təyinat olub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, İlfanə Pənahova QSC-nin İnsan Resurslarının İnkişafı şöbəsinin rəhbəri təyin edilib.

O, bundan əvvəl SOCAR-ın Geofizika və Geologiya İdarəsində İnsan Resursları üzrə aparıcı mütəxəssis, daha əvvəl isə SOCAR-ın Təhlükəsizlik Departamentində İnsan kapitalının idarə edilməsi şöbəsinin rəisi  vəzifəsində işləyib.

2024-2025-ci illərdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" Muzey Mərkəzinin direktoru vəzifəsində çalışıb.

İlfanə Pənahovaİlfanə Pənahova

15 oktyabr 2026 | 17:42

İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO

İsmayıllı Rayon İcra Hakimiyyətində kadr təyinatı baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, icra başçısı Nahid Bağırovun sərəncamına əsasən Faxtiyev İsmayıl Əliyar oğlu İsmayıllı RİH başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri təyin edilib.

O, yeni təyinatadək İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

İsmayıl Faxtiyev 1997-ci ildə İsmayıllı şəhərində anadan olub.

2014-2018-ci il tarixlərində Sumqayıt Dövlət Universitetinin tarix müəllimliyi ixtisasını fərqlənmə ilə bitirib. 2018-2019-cu illərdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində hərbi xidmətdə olub. Hərbi Xidməti başa vurduqdan sonra Gənclərin İnkişaf və Karyera Mərkəzi MMC-nin İsmayıllı Nümayəndəliyində Tədbirlər və layihələr üzrə mütəxəssis və direktor vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Faxtiyev İsmayılFaxtiyev İsmayıl

15 oktyabr 2026 | 13:03

"Bank Respublika"ya korporativ katib təyin olundu

"Bank Respublika" ASC-nin Korporativ Katibi vəzifəsinə təyinat olub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bu vəzifəyə Zəminə Ocaqlı təyin olunub.

O, yeni vəzifəsində korporativ idarəetmə, korporativ standartlar, şəffaflıq və hesabatlılığın təmin edilməsinə nəzarət edəcək.

Z.Ocaqlı 2023-cü ildən "Bank Respublika"da çalışır.

Zəminə OcaqlıZəminə Ocaqlı

15 oktyabr 2026 | 11:16

Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat

Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Ülvi Qasımzadə Hüquq meneceri vəzifəsinə təyin olunub.

O, bu təyinata qədər Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzində baş mütəxəssis və aparıcı mütəxəsiss vəzifələrində çalışıb.

Daha əvvəl İqtisadi Zonaların İnkişafı Agentliyində hüquq üzrə baş məsləhətçi vəzifəsində işləyib.

Ülvi QasımzadəÜlvi Qasımzadə