SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Azərbaycanın tibbi məhsul istehsalçısına direktor TƏYİNATI

Azərbaycanın tibbi məhsul istehsalçısına direktor TƏYİNATI

  • 16 noyabr 2026, 19:10

Azərbaycanın tibbi məhsul istehsalçısına direktor təyinatı baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Eldost Əsədov “Azlab Medical Supplies” MMC-nin baş direktoru vəzifəsinə təyin olunub.

O, yeni təyinatından əvvəl, 2025-ci ilin iyulundan “ENOR Group”da investisiyalar üzrə rəhbər vəzifəsində çalışıb.

E.Əsədov 2022-ci ilin martından 2025-ci ilin iyulunadək “SR Group Co” şirkətində investisiya və kredit portfeli üzrə menecer, 2021-ci ilin mayından 2022-ci ilin fevralınadək isə investisiya və kredit portfeli üzrə analitik olub.

O, 2013-cü ilin iyunundan 2021-ci ilin mayınadək “AS Group Investment” şirkətində investisiya analitiki və bank əməliyyatları üzrə menecer vəzifələrində çalışıb.

Qeyd edək ki, “Azlab Medical Supplies” MMC maye oksigen və digər tibbi məhsulların istehsalı ilə məşğul olan müəssisədir. Şirkət oksigen istehsalı baxımından Azərbaycanın milli əhəmiyyətli müəssisələrindən biri hesab olunur.

Skat.az - Ev və Avtomobil elanları