SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Baş həkimin ölkədən çıxışına stop qoyuldu

Baş həkimin ölkədən çıxışına "stop" qoyuldu

  • 15 noyabr 2026, 10:37
Gəncə

Ləğv edilmiş Gəncə Şəhər Psixo-Nevroloji Dispanserinin vergi borcu üzə çıxıb. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Gəncə Şəhər Psixo-Nevroloji Dispanseri vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dispanserin dövlət büdcəsinə 11230 manat məbləğində borcu yaranıb. 

Bildirilib ki, vergilər üzrə 8952 manat, faizlər üzrə 2238 manat, maliyyə sanksiyası üzrə 40 manat olmaqla, bu ümumilikdə 11230 manat edib. 

Bu borcun ödənilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edib. Ərizədə Gəncə Şəhər Psixo-Nevroloji Dispanserinin rəhbərinin barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş edilib. 

Məhkəmə iddianı təmin edib və Gəncə Şəhər Psixo-Nevroloji Dispanserinin 2025-2026-cı illərdə baş həkimi vəzifəsini icra edən şəxsin ölkədən çıxışı məhdudlaşdırılıb. 

Qeyd edək ki, Gəncə Şəhər Psixo-Nevroloji Dispanseri 2026-cı ilin aprel ayında ləğv edilib və Gəncə şəhər Psixiatriya Xəstəxanasına birləşdirilib.

Skat.az - Ev və Avtomobil elanları