SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank

İqtisadiyyat Nazirliyi

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi — Azərbaycan Respublikasının iqtisadi siyasətinin formalaşdırılması, makroiqtisadi proqnozların hazırlanması, iqtisadi inkişaf və artımın təmin edilməsi üçün əlverişli şərait yaradılması, investisiya fəaliyyətinin təşviqi, sahibkarlığın və sənayenin inkişafı, lisenziya və icazə sisteminin tənzimlənməsi, rəqabətin qorunması, inkişafı və təşviqi, istehlakçıların hüquqlarının qorunması, dövlət satınalmalarının həyata keçirilməsi, dövlət büdcəsinə vergilərin, Nazirliyin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılması, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, torpaqların dövlət idarəetməsinin təşkili, daşınmaz əmlakın dövlət kadastrının və reyestrinin aparılması sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Tarix
1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətində müstəqil Azərbaycanın ilk Ticarət və Sənaye Nazirliyi fəaliyyət göstərmişdir.

1920–1991-ci illərdə SSRİ-nin tərkibində olan Azərbaycan Sovet Sosialist Respublikasında iqtisadi məsələlər Ticarət, Sənaye və Ərzaq Komissarlığı, Ticarət Nazirliyi, Azərbaycan SSR Dövlət Plan Komitəsi kimi bir sıra qurumlar tərəfindən tənzimlənmişdir.

28 aprel 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikasının Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaradılmışdır.

30 aprel 2001-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Əmlakı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ticarət Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi və Xarici İnvestisiyalar Agentliyi ləğv edilmiş, onların bazasında İqtisadi İnkişaf Nazirliyi yaradılmışdır.

22 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yaradılmışdır.

15 yanvar 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adlandırılmışdır.

23 oktyabr 2019-cu ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilmişdir.

30 dekabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında əsasnamə təsdiq edilmişdir.

Fəaliyyət istiqamətləri
Nazirlik Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi haqqında qəbul edilmiş Əsasnamə ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyəti həyata keçirir:

Ölkənin sosial-iqtisadi inkişaf strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
Dayanıqlı və inklüziv iqtisadi inkişafın və davamlı iqtisadi artımın təmin edilməsi üçün əlverişli şərait yaradılması ilə bağlı təkliflər hazırlamaq;
Ölkə iqtisadiyyatının inkişaf prioritetlərinə uyğun olaraq, dövlət iqtisadi idarəetmə, maliyyə, o cümlədən dövlət və icmal büdcələrin gəlir və xərclərinin əsaslandırılmasında, vergi, pul-kredit, valyuta, bank, sığorta, qiymətli kağızlar bazarı, qiymət-tarif, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahələrində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək;
Aidiyyəti dövlət orqanları və qurumları (bundan sonra – dövlət orqanları) ilə birlikdə sosial-iqtisadi inkişaf konsepsiyalarının və dövlət proqramlarının hazırlanmasını, icrasının əlaqələndirilməsini və nəzarətini (monitorinqini) həyata keçirmək;
Ölkədə sosial-iqtisadi inkişaf sahəsində gedən proseslərin qiymətləndirilməsini, sosial-iqtisadi (makroiqtisadi) proqnozların hazırlanmasını həyata keçirmək;
Dövlətin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə və iqtisadi maraqlarının qorunmasına, davamlı iqtisadi artım əldə edilməsinə yönəldilmiş tədbirlərin hazırlanmasını və həyata keçirilməsini aidiyyəti dövlət orqanları ilə birlikdə təmin etmək;
İqtisadiyyatda şəffaflıq səviyyəsinin artırılmasına və ölkədə biznes mühitinin yaxşılaşdırılmasına yönəldilmiş fəaliyyəti həyata keçirmək;
Milli iqtisadiyyatın və ixracın təşviqi və şaxələndirilməsi sahəsində məqsədyönlü fəaliyyəti təşkil etmək;
Aidiyyəti dövlət orqanları ilə birlikdə sənaye sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;
Ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi, qorunması və təşviqi sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;
Sahibkarlığın inkişafı, təşviqi və sahibkarlığa dövlət dəstəyi, habelə lisenziya və icazə sisteminin tənzimlənməsi sahələrində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsini təmin etmək;
Ölkədə davamlı iqtisadi yüksəlişin insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə olunması məqsədilə bu sahədə uzunmüddətli proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
Ölkədə azad rəqabətin qorunması, inkişafı və təşviqi, o cümlədən inhisarçılıq fəaliyyətinin qarşısının alınması, haqsız rəqabət hallarının aradan qaldırılması sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;
Xarici iqtisadi əlaqələrin və xarici ticarət fəaliyyətinin inkişafı və tənzimlənməsi sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;
Regionların sosial-iqtisadi inkişafı sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;
Dövlət büdcəsinə vergilərin, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Nazirliyin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılması sahəsində idarəetməni həyata keçirmək;
Dövlət aktivlərinin idarə edilməsinə dair dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək, dövlət mülkiyyətinin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;
Dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və torpaqların idarə olunması və özəlləşdirilməsi, həmçinin daşınmaz əmlakın dövlət reyestrinin və vahid dövlət kadastrının aparılması sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;
İstehlakçıların hüquqlarının qorunması və istehlak mallarının (işlərin, xidmətlərin) keyfiyyətinin təmin olunması sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;
Dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;
Reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək;
Standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahələrində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;
Müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək.
Tabeliyindəki qurumlar
İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan tabeliyindəki qurumların siyahısı

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı

"İqtisadi Zonaların İnkişafı Agentliyi" publik hüquqi şəxs.
"Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi" publik hüquqi şəxs.
"Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi — AZPROMO" publik hüquqi şəxs.
"İqtisadi Elmi Tədqiqat İnstitutu" publik hüquqi şəxs;
"İqtisadi Elmi Tədqiqat İnstitutu" publik hüquqi şəxsin tabeliyindəki "Təlim Tədris Mərkəzi" publik hüquqi şəxs.
"Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxs.
"İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti.
"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi" Məhdud Məsuliyyətli Cəmiyyəti.
"Bakı Biznes Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar:
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar:
"Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxs;
"Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxs;
"Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs;
"Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin tabeliyindəki ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər);
Sahibkarlığın İnkişafı Fondu;
Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyəti.

Sahil Babayev çıxardı, Mikayıl Cabbarov vəzifə verdi
İqtisadiyyat
22.10.2026 14:09
Sahil Babayev çıxardı, Mikayıl Cabbarov vəzifə verdi
Vergi Xidmətindən getdi, AZCON Holdingdə yüksək vəzifə aldı
Ölkə
22.10.2026 08:52
Vergi Xidmətindən getdi, "AZCON Holding"də yüksək vəzifə aldı
Böyük məbləğdə vergi borcuna görə BMW-si satışa çıxarılır
Biznes
21.10.2026 21:25
Böyük məbləğdə vergi borcuna görə BMW-si satışa çıxarılır
Kustar üsulla Organic araqları belə hazırlanır - FOTO
Ölkə
20.10.2026 22:24
Kustar üsulla "Organic" araqları belə hazırlanır - FOTO
SOCAR yeni şirkət yaradıb - rəhbəri Orxan Cəfərovdur
İqtisadiyyat
20.10.2026 16:09
SOCAR yeni şirkət yaradıb - rəhbəri Orxan Cəfərovdur
Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı
İqtisadiyyat
16.10.2026 19:08
Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı
“İmdad Audit” bazarı tərk edir
Ölkə
14.10.2026 17:51
“İmdad Audit” bazarı tərk edir
Aygül Şahüseynzadə təyinatla bağlı paylaşımını sildi
İqtisadiyyat
14.10.2026 16:46
Aygül Şahüseynzadə təyinatla bağlı paylaşımını sildi
Med Kredit ləğv olunur
Biznes
14.10.2026 10:54
"Med Kredit" ləğv olunur
Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək
Ağdam
13.10.2026 22:01
Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək
Azərbaycanda vergi ödəyicilərinin yarısı fəaliyyətsizdir
Biznes
12.10.2026 15:23
Azərbaycanda vergi ödəyicilərinin yarısı fəaliyyətsizdir
SOCAR-ın tərəfdaşının filialı qeydiyyatdan keçdi
İqtisadiyyat
10.10.2026 22:41
SOCAR-ın tərəfdaşının filialı qeydiyyatdan keçdi
Keçmiş prorektor 3 milyon manatlıq şirkət yaratdı
Ölkə
10.10.2026 18:17
Keçmiş prorektor 3 milyon manatlıq şirkət yaratdı
Valyuta bazarına yeni oyunçu gəlir
Maliyyə
10.10.2026 11:42
Valyuta bazarına yeni oyunçu gəlir
Ceyhun Bayramovun müavini SƏDR SEÇİLDİ
Ölkə
10.10.2026 10:57
Ceyhun Bayramovun müavini SƏDR SEÇİLDİ
Azad edilmiş ərazilərdə biznesə DƏSTƏK – Yeni vergi və gömrük güzəştləri
Biznes
09.10.2026 21:57
Azad edilmiş ərazilərdə biznesə DƏSTƏK – Yeni vergi və gömrük güzəştləri
İcbari tibbi sığorta daxilolmaları 7%-ə yaxın azalıb
Maliyyə
09.10.2026 19:46
İcbari tibbi sığorta daxilolmaları 7%-ə yaxın azalıb
“Azərsun Holdinq” daha bir şirkəti “udur”
Ölkə
09.10.2026 13:03
“Azərsun Holdinq” daha bir şirkəti “udur”
İşsizlikdən sığorta daxilolmaları 9% artıb
Maliyyə
09.10.2026 10:44
İşsizlikdən sığorta daxilolmaları 9% artıb
“Uşaq Sağlamlıq Mərkəzi”ndə qanun pozuntusu aşkarlandı
Bakı
08.10.2026 16:41
“Uşaq Sağlamlıq Mərkəzi”ndə qanun pozuntusu aşkarlandı
Sosial sığorta daxilolmaları 9%-ə yaxın artıb
Sosial
08.10.2026 13:12
Sosial sığorta daxilolmaları 9%-ə yaxın artıb
Azərbaycanda vergi daxilolmaları 9%-dən çox artıb
Maliyyə
07.10.2026 14:17
Azərbaycanda vergi daxilolmaları 9%-dən çox artıb
“Gəncə Şərab-1” dövlət qurumlarına borclarını ödəmək istəyir
Biznes
07.10.2026 09:38
“Gəncə Şərab-1” dövlət qurumlarına borclarını ödəmək istəyir
Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi
Ölkə
07.10.2026 09:02
Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi
3 nazirlik birlikdə qərar verəcək
Ölkə
06.10.2026 12:56
3 nazirlik birlikdə qərar verəcək
İstilikenerjitikintiquraşdırma səhmdarlarına hesabat verəcək
İqtisadiyyat
06.10.2026 12:24
"İstilikenerjitikintiquraşdırma" səhmdarlarına hesabat verəcək
Nazir yeni şöbə müdiri təyin etdi
Ölkə
06.10.2026 11:13
Nazir yeni şöbə müdiri təyin etdi