SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Dəmir yolu müəssisəsi balıqçılıq biznesinə girişib

Dəmir yolu müəssisəsi balıqçılıq biznesinə girişib

  • 27 noyabr 2026, 20:27

Ağdam Sənaye Parkının rezidenti, dəmir yollarının tikintisi, dəmiryol infrastruktur obyektlərinin layihələndirilməsi və yenidən qurulması, həmçinin avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı üzrə ixtisaslaşmış “Rail Trans Service” Neftçala rayonunda yerləşən balıqçılıq təsərrüfatı müəssisəsini özəlləşdirib. 

Bu barədə Yurd.Media-ya İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib. 

Məlumata görə, qurumun keçirdiyi investisiya müsabiqəsinin qalibi adı çəkilən şirkət olub.

Kommersiya qurumu dövlət büdcəsinə 2,2 milyon manat vəsaitin köçürülməsini, habelə 3 il ərzində müəssisəyə 10 milyon manat investisiya qoyuluşuna dair İnvestisiya Proqramının icrasını öhdəsinə götürüb.

Skat.az - Ev və Avtomobil elanları