Ağstafa rayonunun keçmiş icra başçısı Şamil Allahverdiyevin rəhbərlik etdiyi “Fərhad” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fəaliyyətini dayandırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi ilə məşğul olan şirkət bu ay işini dondurub.
“Fərhad” MMC-nin nizamnamə kapitalı 20 manatdır. Şamil Allahverdiyev 2007-ci ildən şirkətə rəhbərlik edir.
Şirkət Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin milyonlarla manatlıq dövlət sifarişlərinin qalibi olub.
Müəssisə Qazax rayonunun sərhədyanı kəndlərində su nasos stansiyalarının və suvarma şəbəkələrinin bərpası, Ağstafa rayonunda Candar kanalının təmiri, Dağ Kəsəmən kəndinin yağış və sel sularından mühafizəsi üzrə layihələr həyata keçirib.