SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
“Spektr Group” kapitalını 230 min manat artırdı

“Spektr Group” kapitalını 230 min manat artırdı

  • 25 noyabr 2026, 19:55

“Spektr Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nizamnamə kapitalı artırılıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin nizamnamə kapitalı 1 milyon 10 min 621 manatdan 1 milyon 240 min 721 manata yüksəldilib.

Beləliklə, müəssisənin nizamnamə kapitalı 230 min 100 manat və ya 22,8% artırılıb.

2014-cü ildən fəaliyyət göstərən şirkətin direktoru Kamran Salayevdir.

“Spektr Group” MMC sənaye avadanlıqlarının texniki xidməti, inspeksiyası, sınağı və kalibrlənməsi üzrə ixtisaslaşıb. Şirkətin laboratoriyaları və inspeksiya xidməti Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya olunub.

Skat.az - Ev və Avtomobil elanları