"Tamstore" marketlər şəbəkəsində yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Namiq İbrahimli şirkətdə İnsan resursları əməliyyatları departamentinin rəhbəri vəzifəsinə təyin olunub.
O, yeni vəzifəsindən əvvəl 2024-cü ilin iyunundan 2026-cı ilin noyabrınadək Azərbaycan Sənaye Bankında (ASB) İnsan resursları üzrə baş mütəxəssis vəzifəsində çalışıb.
O, 2023-cü ilin noyabrından 2024-cü ilin iyun ayınadək “Azərsun Holding”də İnsan resursları departamentinin rəhbəri olub.
Bundan əvvəl, 2023-cü ilin mayından noyabrınadək “AL Market”də İnsan resursları üzrə baş mütəxəssis, 2022-ci ilin mayından 2023-cü ilin mayınadək aparıcı insan resursları mütəxəssisi, 2019-cu ilin avqustundan 2022-ci ilin mayınadək isə insan resursları üzrə mütəxəssis vəzifələrində çalışıb.
Namiq İbrahimli