“Cahan Holdinq” Şirkətlər Qrupuna daxil olan “Cahan-İnşaat” MMC-nin dövlətə vergi borcu yaranıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu 73,6 min manat təşkil edir.
2007-ci ildə Naxçıvanda qeydiyyata alınan şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Fariz Tapdıqlıdır.
“Cahan-İnşaat” MMC 2026-cı ilin mayında Naxçıvanda Memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması üzrə 500,5 min manatlıq dövlət tenderinin qalibi olub.
Şirkət 2026-cı ilin sentyabrında Naxçıvanda “Panorama Residence” və “Ümid Park” adlı yeni yaşayış layihələrini təqdim edib.