SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Fərid Soltanov Tamstoredə vəzifəyə təyin olundu

Fərid Soltanov "Tamstore"də vəzifəyə təyin olundu

  • 21 noyabr 2026, 21:12

"Tamstore" marketlər şəbəkəsində yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Fərid Soltanov "Tamstore"də Layihələrin inkişafı departamentinin rəhbəri vəzifəsinə təyin olunub.

O, yeni vəzifəsindən əvvəl “Biopet Shop” şirkətində Əməliyyatlar və Satış departamentinin rəhbəri vəzifəsində çalışıb.

O, 2025-ci ilin mayından 2026-cı ilin yanvarınadək “Baku Electronics” şirkətində “Seven Space” üzrə Ev kateqoriyalarının idarə edilməsi bölməsinin rəhbəri olub. Bundan əvvəl, 2021-ci ilin oktyabrından 2025-ci ilin mayınadək həmin şirkətdə Məişət texnikası bölməsinin rəhbəri, 2018-ci ilin martından 2021-ci ilin oktyabrınadək isə kateqoriya meneceri vəzifəsində çalışıb.

Fərid Soltanov 2016-cı ilin avqustundan 2018-ci ilin fevralınadək “Music Gallery Recruitment” şirkətində kateqoriya meneceri, 2013-cü ilin iyulundan 2016-cı ilin avqustunadək isə böyük satış mütəxəssisi olub.

Fərid SoltanovFərid Soltanov

Skat.az - Ev və Avtomobil elanları