“Bravo”nun Təhlükəsizlik departamentdə rəhbər şəslərdən biri işdən çıxıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Bravo” supermarketlər şəbəkəsinin Təhlükəsizlik departamentinin müdir müavini Orxan Şirinov vəzifəsindən ayrılıb.
Orxan Şirinov 2022–2026-cı illərdə “Bravo”da Təhlükəsizlik departamentinin müdir müavini vəzifəsində çalışıb. O, 2018–2022-ci illərdə “Bravo”da Xidmət rəisi, 2017–2018-ci illərdə Xidmət rəisinin müavini, 2016–2017-ci illərdə isə növbə rəisi vəzifələrində çalışıb.
O.Şirinov 2004–2014-cü illərdə Xüsusi Dövlət Mühafizə Xidmətində çalışıb.
Qeyd edək ki, Orxan Şirinovun təhlükəsizlik sahəsində 21 ildən artıq təcrübəsi var.
Orxan Şirinov