SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Qudyalçay üzərindəki körpünü təmir edən şirkət borca düşdü

Qudyalçay üzərindəki körpünü təmir edən şirkət borca düşdü

  • 19 noyabr 2026, 13:08

“Construction and Project” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə vergi borcu yaranıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu 58,9 min manata çatıb.

Qeyd edək ki, 2022-ci ildən fəaliyyət göstərən “Construction and Project” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin direktoru Rüfət Yusifzadədir.

“Construction and Project” MMC ötən il Fövqəladə Hallar Nazirliyinin sifarişi əsasında Xaçmaz rayonunda Qudyalçay üzərindəki piyada körpüsünün əsaslı təmirini həyata keçirib. Bunun üçün şirkətə 73,5 min manat ödənilib.

Skat.az - Ev və Avtomobil elanları