SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Dövlətin iri İT layihələrini icra edən iki şirkətdə rəhbərlik dəyişdi

Dövlətin iri İT layihələrini icra edən iki şirkətdə rəhbərlik dəyişdi

  • 18 noyabr 2026, 17:05

Azərbaycanda informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən iki şirkətdə rəhbər dəyişikliyi baş verib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “A2Z Technologies” və “All in One Technologies” şirkətlərində Sirac Heydərovun yerinə Cəbrayıl Hüseynov direktor təyin olunub.

Qeyd edək ki, “A2Z Technologies” 2013-cü ildən, “All in One Technologies” isə 2023-cü ildən fəaliyyət göstərir. Təqdim olunan məlumatlara əsasən, hər iki şirkətin nizamnamə kapitalı 2 min manatdır.

Şirkətlər informasiya texnologiyaları, proqram təminatı, şəbəkə infrastrukturu və təhlükəsizlik sistemlərinin qurulması sahələrində fəaliyyət göstərirlər.

“A2Z Technologies” daha əvvəl dövlət qurumlarının iri satınalmalarında iştirak edib. Şirkət 2022-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə 3,78 milyon manatlıq müqavilə bağlayıb.

“All in One Technologies” isə COP29 tədbirinin İT infrastrukturunun qurulması, Baş Prokurorluğun Elektron Prokurorluq Sisteminin tətbiqi və “e-Tabib” mobil tətbiqinin inkişafı kimi layihələrdə iştirak edib.

Şirkət 2026-cı ildə müəllimlərin işə qəbulu və sertifikatlaşdırılması üzrə elektron sistemlərə texniki dəstək xidmətlərinin göstərilməsi üçün 513,8 min manatlıq satınalma müqaviləsi bağlayıb.

Skat.az - Ev və Avtomobil elanları