SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Kuryer şirkətinin direktoru dəyişdi

Kuryer şirkətinin direktoru dəyişdi

  • 17 noyabr 2026, 22:46

Kuryer və çatdırılma xidmətləri sahəsində fəaliyyət göstərən “Courierbaku.az” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) rəhbər dəyişikliyi baş verib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin direktoru Orxan Məmmədovun yerinə Valeh Məlikov təyin olunub.

Qeyd edək ki, 2022-ci ildə yaradılan “Courierbaku.az” MMC-nin nizamnamə kapitalı 10 manatdır.

Şirkət ölkədaxili və beynəlxalq ekspress poçt, sənəd və bağlamaların çatdırılması, eləcə də onlayn mağazalar üçün kuryer xidmətləri göstərir.

“Courierbaku.az” 200-dən çox müəssisə ilə tərəfdaşlıq edir, indiyədək 250 mindən çox sifarişin çatdırıldığı və 200-dən artıq kuryerin olduğu bildirilir.

Skat.az - Ev və Avtomobil elanları