SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
ABB-dən çıxdı, “Ziraat Bank Azərbaycan”a getdi

ABB-dən çıxdı, “Ziraat Bank Azərbaycan”a getdi

  • 17 noyabr 2026, 10:37

“Ziraat Bank Azərbaycan”da yeni filial müdiri təyin olunub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Elvin Mansurov “Ziraat Bank Azərbaycan” ASC-də filial müdiri vəzifəsinə təyin olunub.

Elvin Mansurov bundan əvvəl 2023-cü ilin dekabrından 2026-cı ilin noyabrınadək Azərbaycan Beynəlxalq Bankında (ABB) Kiçik və orta sahibkarlıq müştəriləri şöbəsinin komanda rəhbəri vəzifəsində çalışıb. O, 2021-ci ilin martından 2023-cü ilin dekabrınadək həmin şöbədə baş mütəxəssis olub.

E. Mansurov 2018-ci ilin aprelindən 2021-ci ilin martınadək “Kapital Bank” ASC-də kiçik və orta sahibkarlıq müştəriləri üzrə əlaqələr meneceri, 2013-cü ilin iyunundan 2017-ci ilin fevralınadək isə “DəmirBank”da satış meneceri vəzifəsində çalışıb.

Elvin MansurovElvin Mansurov

Skat.az - Ev və Avtomobil elanları