SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
“Sea Breeze”in tikinti şirkətinin vergi borcu yarandı

“Sea Breeze”in tikinti şirkətinin vergi borcu yarandı

  • 16 noyabr 2026, 12:30

Tanınmış iş adamı Emin Ağalarovun “Sea Breeze” layihəsi çərçivəsində fəaliyyət göstərən “Sea Breeze Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə vergi borcu yarandı.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu 49 min manat təşkil edir.

2022-ci ildə yaradılan “Sea Breeze Construction” MMC-nin nizamnamə kapitalı 50 manatdır. Şirkətin qanuni təmsilçisi Elbəy Rzayevdir.

Şirkət əsasən “Sea Breeze Resort” layihəsi çərçivəsində tikinti-quraşdırma işləri həyata keçirir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə iri dövlət sifarişlərinin icrasında iştirak edir.

Belə ki, 2025-ci ildə “Sea Breeze Construction” MMC Ağdam rayonunun Eyvazxanbəyli və Füzuli rayonunun Pirəhmədli kəndlərində yaşayış evlərinin və müvafiq infrastrukturun tikintisi üzrə ümumilikdə 111,9 milyon manatlıq iki dövlət tenderinin qalibi olub.

2026-cı ilin aprelində isə şirkətlə Qubadlı şəhərində yaşayış məhəlləsinin tikinti-quraşdırma işlərinin həyata keçirilməsi üçün 34,4 milyon manatlıq müqavilə imzalanıb.

Beləliklə, şirkətin sözügedən üç dövlət müqaviləsinin ümumi dəyəri 146 milyon manatdan çoxdur.

Skat.az - Ev və Avtomobil elanları