SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Xaçmazda “Kontakt Home”dan məhsul alan 5 nəfər MƏHKƏMƏDƏ

Xaçmazda “Kontakt Home”dan məhsul alan 5 nəfər MƏHKƏMƏDƏ

  • 16 noyabr 2026, 10:14
Xaçmaz

“Kontakt Home” və ya “ABC Telekom” MMC-yə yaxın olan “Nova Credit” daha bir neçə müştərisini Xaçmaz rayonunda məhkəməyə verib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Nova Credit” Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC Xaçmaz Rayon Məhkəməsinə müraciət edib. 

📂BOKT bir cavabdehdən 1246 manat məbləğində əsas borcun, 125 manat məbləğində dəbbə pulu borcunun, cəmi 1371 manat borcun və 34 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. 

Bu borc 18 ay müddətinə verilmiş 1320 manat məbləğində kreditə görə yaranıb. 

Məhkəmə iddia tələbini qismən təmin edib və cərimə borcunu 50 manata endirib.

📂“Nova Credit” Xaçmaz rayonunda daha bir müştərisindən 2759 manat məbləğində əsas borcun, 276 manat məbləğində dəbbə pulu borcunun, cəmi 3035 manat borcun və 50 manat məbləğində ödənilmiş dövlət rüsumunu tələb edib. 

Məhkəmə bu iddia tələbini də qismən təmin edib və cərimə borcunu 50 manata endirib.

📂MMC daha bir müştərisinə qarşı 399 manat məbləğində əsas borc, 40 manat məbləğində dəbbə pulu borcu, cəmi 439 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia qaldırıb. 

Məhkəmə bu iddia tələbini də qismən təmin edərək dəbbə pulunu 10 manata salıb. 

📂“Nova Credit” növbəti borcludan 1534 manat məbləğində əsas borcun, 153 manat məbləğində dəbbə pulu borcunun və 37 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. 

Məhkəmə bu iddia tələbini də qismən təmin edərək cavabdehdən 50 manat cərimə borcu tutulması barədə qətnamə verib. 

📂 Bundan əlavə, “Nova Credit” MMC daha bir müştərisindən 704 manat məbləğində əsas borcun, 70 manat məbləğində dəbbə pulu borcunun, cəmi 774 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını istəyib. 

Bu iddia tələbi də qismən təmin edilib və cavabdehdən dəbbə pulunun yarısının ödənilməsi tələb olunub. 

Qeyd edək ki, “Nova Credit” Bank Olmayan Kredit Təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyət bundan əvvəl Qax və Sabirabad rayon məhkəmələrində müştərilərinə qarşı pul tələbinə dair iddia qaldırmışdı, ona yaxın olan “ABC Telecom" isə Bakının Binəqədi, Nərimanov, Nizami, Nəsimi, həmçinin bölgələrdən , Şəmkir, İsmayıllı, Quba, Ağdaş rayonundan olan müştəriləri ilə çoxsaylı məhkəmə çəkişmələri olub.

Xatırladaq ki, “Nova Credit” BOKT 2023-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 9 milyon manatdır. Şirkətin qanuni təmsilçisi Həsən İsrafilzadədir. O “Kontakt Home” əmtəə nişanı ilə fəaliyyət göstərən “ABC Telekom” MMC-nin direktorudur.

Skat.az - Ev və Avtomobil elanları