SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
“Kontakt Home” kreditlə verdiyi Xiaomi Redmi 13 telefonlarının pulunu məhkəmə ilə yığır

“Kontakt Home” kreditlə verdiyi "Xiaomi Redmi 13" telefonlarının pulunu məhkəmə ilə yığır

  • 21 may 2026, 15:28
Şəmkir

“ABC Telecom” şirkəti borca görə daha bir neçə müştərisini məhkəməyə verib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Azərbaycanda “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC-Telecom” müştərilərinə qarşı Şəmkir Rayon Məhkəməsində iddia qaldırıb.

Şirkət Niyaməddin Binnətov kreditlə satdığı “XIAOMI REDMI 13” mobil telefonu üçün 399 manat ödənilməmiş hissə, 47 manat rüsum və 40 manat cərimə olmaqla ümumilikdə 486 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması tələb edib. 

Bundan başqa, Gültəkin Süleymanova satdığı “XIAOMI REDMI 13” mobil telefonu üçün isə 284 manat ödənilməmiş hissə, 28 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması istənilib. 

“Kontakt Home” Pəri Miriyevaya qarşı da həmin məhkəmədə iddia qaldıraraq ondan "TOSHIBA" televizoru üçün 491 manat ödənilməmiş hissə, 49 manat cərimə, həmçinin “XIAOMI REDMI NOTE 13” telefonu üçün 224 manat ödənilməmiş hissə, 24 manat rüsum, 22 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması tələb olunub. 

Məhkəmə hər üç iddianı təmin edib.

Qeyd edək ki, daha əvvəl “Kontakt Home” Ağdam Rayon Məhkəməsində "İphone", "Xiaomi" və digər mobil telefonlar, həmçinin Bakının Nəsimi Rayon Məhkəməsində “Apple MacBook", Nizami Rayon Məhkəməsində “İpone 15 pro max”, Nərimanov Rayon Məhkəməsində isə “HONOR X9C” alan müştəriləri ilə çəkişmələrdə olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları