SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“Kontakt Home”dan aldıqları “İpone 15lərə görə məhkəməyə düşdülər

“Kontakt Home”dan aldıqları “İpone 15"lərə görə məhkəməyə düşdülər

  • 28 yanvar 2026, 13:04

Azərbaycanda “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC-Telecom” iki müştərisinə qarşı məhkəmə iddiası qaldırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “ABC-Telecom” Nizamai Rayon Məhkəməsinə müraciət edərəkmüştərisinə satdığı “İpone 15 pro max” üçün 2716 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23 manat, 271 manat cərimə olmaqla, ümumilikdə, 3011 manat borc cavabdehdən alınaraq MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

Bundan başqa, digər bir müştərisinə satdığı “İphone15” markalı telefon üçün isə 1388 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23 manat, 138  manat cərimə olmaqla, ümumilikdə 1550 manat borc cavabdehdən alınması barədə qətnamə çıxarılmasını istənilib.

Məhkəmə hər iki iddianın təmin edilməsi barədə qətnamə çıxarıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları