SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi

Daşınmaz əmlak

Daşınmaz əmlak

Azərbaycanda daşınmaz əmlak bazarı ilə bağlı Yurd.Media əldə etdiyi ən son məlumatlar, köhnə və yeni tikili mənzillərin, fərdi evlərin, torpaq sahələrinin, qeyri-yaşayış obyektlərinin qiymət dinamikası, Bakının rayonları üzrə bahalaşma faizləri ilə bağlı hazırladığı xəbərlər, araşdırmalar, infoqrafikalı təqdimatlar.

12 avqust 2026 | 20:47

ABU Arena həndboldan alınıb tennisə verilir? - ARAŞDIRMA

Azərbaycan Həndbol Federasiyasının uzun illərdir icarə əsasında istifadə etdiyi ABU Arena ilə bağlı yeni qərar qəbul edilməsi gözlənilir. İddialara əsasən, federasiyanın həmin məkandan çıxarılması və ərazidə özəl gəlir mənbəyi üçün tennis infrastrukturu yaradılması planlaşdırılır.

Bu qərar isə Azərbaycan Həndbol Federasiyasının ciddi narazılığına səbəb olub.

Söhbət sadəcə bir idman zalından getmir

ABU Arena Azərbaycan həndbolu üçün sıradan bir idman obyekti deyil.

2004-cü ildə istifadəyə verilən arena uzun illər ərzində həndbol yarışlarının, məşqlərin və müxtəlif yaş qrupları üzrə turnirlərin keçirildiyi əsas məkanlardan biri olub.

Federasiyanın burada fəaliyyət göstərməsi nəticəsində arena Azərbaycan həndbolunun infrastrukturunun mühüm hissəsinə çevrilib.

Üstəlik, son illərdə obyektin təmir-bərpasına və həndbolun inkişafı üçün uyğunlaşdırılmasına da diqqət yetirilib.

Bu baxımdan, hazırda federasiyanın həmin məkandan çıxarılması ilə bağlı planların ortaya çıxması haqlı olaraq sual yaradır:

Azərbaycan həndbolunun mövcud idman bazası hansı səbəbdən başqa idman növünə verilməlidir?

Tennis inkişaf etsin, amma həndbolun hesabına yox

Tennisin Azərbaycanda inkişaf etdirilməsi, yeni kortların və idman infrastrukturlarının yaradılması, əlbəttə ki, müsbət addımdır.

Lakin bir idman növünün inkişafı digər idman növünün mövcud imkanlarının məhdudlaşdırılması hesabına həyata keçirilməməlidir.

Əgər tennis üçün yeni layihənin reallaşdırılması məqsədəuyğundursa, bunun üçün alternativ məkanların müəyyənləşdirilməsi mümkündür.

Çünki uzun illərdir həndbol üçün istifadə olunan, federasiyanın fəaliyyətinə uyğunlaşdırılan və idmançıların məşq-yarış prosesində mühüm rol oynayan bir zalın funksiyasının dəyişdirilməsi Azərbaycan həndboluna ciddi zərbə vura bilər.

Federasiyanın narazılığı təsadüfi deyil

Həndbol Federasiyasının məsələyə etiraz etməsinin əsas səbəbi də məhz budur.

Federasiya üçün söhbət sadəcə icarəyə götürülmüş bir kommersiya obyektindən getmir. Burada milli komandaların hazırlığı, klubların məşqləri, uşaq və yeniyetmələrin idmana cəlb olunması, ölkə çempionatlarının keçirilməsi kimi vacib məsələlər var.

Bir sözlə, ABU Arena həndbol üçün formalaşmış hazır infrastrukturdur.

Bu infrastrukturu itirmək isə illərlə yaradılmış sistemin yenidən qurulması zərurəti deməkdir.

Məsələni daha da diqqətçəkən edən məqam isə obyektin Əmanətlərin Sığortalanması Fondunun nəzarətində olmasıdır.

Fondun rəsmi məlumatlarına əsasən, ABU Arena Bakı şəhərində yerləşən böyük qeyri-yaşayış obyekti kimi təqdim olunur.

Təbii ki, əmlak sahibi və ya idarəçisi obyektlə bağlı müəyyən qərarlar qəbul etmək hüququna malikdir. Lakin belə obyektlərə yalnız kommersiya əmlakı kimi yanaşmaq da doğru olmaz.

Çünki söhbət illər ərzində Azərbaycan idmanının inkişafına xidmət etmiş və konkret idman növünün infrastrukturu kimi formalaşmış məkandan gedir.

Bu səbəbdən Əmanətlərin Sığortalanması Fondunun məsələyə yenidən baxması və Azərbaycan Həndbol Federasiyasının mövcud fəaliyyətinin qorunması üçün imkanları nəzərdən keçirməsi vacibdir.

Azərbaycan həndboluna yeni zərbə lazım deyil

Azərbaycan idmanında hər bir idman növünün inkişafı vacibdir.

Ancaq inkişaf yalnız yeni layihələrin yaradılması deyil, mövcud uğurlu sistemlərin qorunması deməkdir.

Əgər həndbol üçün hazırda fəaliyyət göstərən bir arena mövcuddursa, həmin məkandan federasiyanın çıxarılması ilə bağlı qərar qəbul edilməzdən əvvəl federasiyaya real və adekvat alternativ təqdim edilməlidir.

Əks halda, illər ərzində formalaşmış məşq və yarış sistemi ciddi problemlə üzləşə bilər.

Bu baxımdan, məsələ ilə bağlı aidiyyəti qurumların, xüsusilə də Əmanətlərin Sığortalanması Fondunun mövqeyi və ictimaiyyətə verəcəyi izahat xüsusi əhəmiyyət daşıyır.

“ABU Arena həndbolun evidir”

İdman ictimaiyyətində əsas gözlənti ondan ibarətdir ki, ABU Arena özünün illərdir formalaşmış həndbol funksiyasını qoruyub saxlasın.

Tennis üçün yeni imkanların yaradılması Azərbaycan idmanı üçün müsbət hadisədir.

Amma bunun qarşılığında həndbolun mövcud evini itirməsi qəbulolunan nəticə olmamalıdır.

Azərbaycan həndbolunun inkişafı üçün yeni zallar, yeni meydançalar və yeni imkanlar yaradılmalıdır. Mövcud həndbol zalı isə əlindən alınmamalıdır.

Bu məsələ artıq yalnız bir federasiyanın icarə problemi deyil.

Bu, Azərbaycan həndbolunun gələcəyi ilə bağlı məsələdir.

Və indi əsas sual budur:

ABU Arena həndbolun əlindən alınacaq, yoxsa Azərbaycan idmanının maraqları nəzərə alınaraq bu məkan öz əsas funksiyasını qoruyacaq?

Mənbə: azeripress.az

12 mart 2026 | 10:24

Bakının hansı rayonunda təməldən (kotlovandan) əmlak almaq daha sərfəlidir? - ARAŞDIRMA

2026-cı ilin yanvar–fevral aylarında Bakı şəhərində kotlovan mərhələsində olan daşınmaz əmlak layihələrində qiymət artımında ən aktiv rayonlar Səbail, Yasamal və Nəsimi qalıb - periferik rayonlarda isə artım daha mülayimdir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc Yurd.Media-ya bildirib ki, mart ayında bazarda fəallığın qismən artacağı proqnozlaşdırılır:

"Kotlovan mərhələsində olan layihələrdə qiymətlərin daha sürətli artması bir neçə faktorla bağlıdır. Birincisi, tikinti materiallarının, torpaq sahələrinin və işçi qüvvəsinin maya dəyərinin artmasıdır. İkincisi isə investorların layihələrin ilkin mərhələsində mənzil əldə etməyə üstünlük verməsidir. Üçüncü isə tikinti normativlərinin mürəkkəbləməsi amilidir. Bu faktorlar kotlovan seqmentində qiymətlərin digər kateqoriyalarla müqayisədə daha çevik artmasına səbəb olur".

Onun sözlərinə görə, 2026-cı ilin ilk rübü üzrə kotlovan layihələrində qiymət artımı 3–3,5% civarında proqnozlaşdırılır, ilin sonunda isə illik artım 12–17% aralığında ola bilər. Bu dinamika Bakı bazarını həm investisiya, həm də yaşayış məqsədli alıcılar üçün stabilliyini qoruyan perspektivli sahəyə çevirir.

Yurd.Media-nın digər daşınmaz əmlak növlərinin qiymətləri ilə bağlı digər materialları:

- Bakıda 2026-cı ildə yeni tikililərin bahalaşma tempi - SİYAHI

- Bakının köhnə tikililər bazarı 2026-cı ildə: RAYONLAR ÜZRƏ BAHALAŞMA - CƏDVƏL

11 mart 2026 | 14:33

Bakının köhnə tikililər bazarı 2026-cı ildə: RAYONLAR ÜZRƏ BAHALAŞMA CƏDVƏLİ

Bakıda köhnə tikili daşınmaz əmlak bazarında bu il yanvarda müşahidə olunan nisbi canlanmadan sonra fevral ayında qiymət artımı daha ölçülü olub. Fevralda köhnə tikililərdə orta qiymət artımı təxminən 0,6% təşkil edib.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc Yurd.Media-ya bildirib ki, mart ayında bazarda aktivliyin qismən artacağı gözlənilir:

"Yaz mövsümünün başlaması alıcı fəallığını artırır ki, bu da köhnə tikililərdə qiymətlərin orta hesabla 0,7% yüksəlməsinə səbəb ola bilər. Bu dövrdə də əsas aktivlik Səbail, Yasamal və Nəsimi rayonlarında cəmləşəcək".

Vüqar Orucun proqnozuna görə, 2026-cı ilin ilk rübündə (yanvar–mart) Bakı üzrə köhnə tikililərdə qiymət artımı ümumilikdə təxminən 2% səviyyəsində formalaşacaq. Mərkəzi rayonlarda artım daha yüksək, Nərimanov, Xətai, Nizami və Binəqədidə isə bazar yüksək likvidliklə sabit qalacaq. Suraxanı, Sabunçu, Qaradağ, Pirallahı və qismən Xəzər rayonlarında isə qiymət artımı daha mülayim olacaq.

Yurd.Media-nın digər daşınmaz əmlak növlərinin qiymətləri ilə bağlı digər materialları:

- Bakıda 2026-cı ildə yeni tikililərin bahalaşma tempi - SİYAHI

10 mart 2026 | 09:10

Bakıda 2026-cı ildə yeni tikililərin bahalaşma tempi - SİYAHI

Bu ilin yanvar–fevral aylarında Bakı şəhərində yeni tikili mənzillərin qiymətinin artım tempi tədricən sabitləşib.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc Yurd.Media-ya bildirib ki, yanvar ayında qeydə alınan nisbətən yüksək dinamikanın ardından fevralda bazar daha balanslı mərhələyə keçib: Fevral ayında yeni tikililərdə qiymət artımı orta hesabla 0,7–0,8% təşkil edib.

Ən aktiv rayonlar sırasında Səbail, Yasamal və Nəsimi ön mövqelərini qoruyub. Bu ərazilərdə mərkəzi yerləşmə, inkişaf etmiş infrastruktur və investisiya cəlbediciliyi qiymət artımını sürətləndirən əsas amillərdir. Xüsusilə Səbail rayonunda torpaq ehtiyatlarının məhdudluğu premium seqmentdə qiymətlərin daha dinamik artmasına səbəb olur.

Suraxanı, Sabunçu, Qaradağ, Pirallahı və qismən Xəzər rayonlarında isə qiymət artımı daha mülayim olub. Bu zonalarda bazar əsasən yaşayış məqsədli alıcıların hesabına formalaşır və investisiya aktivliyi nisbətən zəifdir.

Vüqar Oruc qeyd edib ki, mart ayında bazarda canlanmanın artacağı gözlənilir:

"Yaz mövsümünün başlaması ilə alıcı fəallığının yüksəlməsi yeni tikililərdə qiymətlərin 0,8–1% artmasına səbəb ola bilər. Bu dövrdə də əsas aktivlik Səbail, Yasamal və Nəsimi rayonlarında cəmləşəcək".

Proqnozlara görə, 2026-cı ilin ilk rübündə Bakı üzrə yeni tikililərdə qiymətlər ümumilikdə 2,5–3% artacaq. Bazarın əsas hərəkətverici qüvvəsi yeni tikililər və ilkin satış mərhələsində olan layihələrdir.

04 mart 2026 | 14:36

Müqaviləsiz kirayə mənzillər: Risk kimin üzərindədir? - ARAŞDIRMA

Bakıda kirayə mənzil bazarında rəsmi müqavilə olmadan evlərin icarəyə verilməsi halları geniş yayılıb. Mütəxəssislər bildirirlər ki, bu cür qeyri-rəsmi razılaşmalar həm kirayəçilər, həm də ev sahibləri üçün ciddi hüquqi və maliyyə riskləri yaradır.

Əmlak məsələləri üzrə ekspert, "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc Yurd.Media-ya bildirib ki, hazırda inzibati nəzarət mexanizmləri tam gücü ilə tətbiq olunmur. Lakin müəyyən müddətdən sonra hökumətin vergi ödənişləri və qanunvericiliyin icrası ilə bağlı tələbləri sərtləşəcək. Bu isə vətəndaşların hazırda ödədiklərindən təxminən 10 faiz daha çox xərc çəkməsinə gətirib çıxara bilər.

"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc

Ekspert qeyd edib ki, bu il kirayə bazarında qiymət artımı gözlənilir. Onun sözlərinə görə, faizlərin azaldılması yeni xərclərin yaranmasına səbəb olacaq və bu da birbaşa kirayə qiymətlərinə təsir göstərəcək. 

Vüqar Orucun fikrincə, Dövlət Statistika Komitəsinin ötən il açıqladığı məlumata əsasən, kirayə qiymətləri 7,8 faiz artıb. Bu il isə ilboyu 5–10 faiz aralığında qiymət artımı proqnozlaşdırılır. 

Məsələ ilə bağlı vəkil Cavanşir Qasımzadə isə Yurd.Media-ya bildirib ki, kirayə mənzil bazarında rəsmi müqavilə olmadıqda əsas hüquqi məsuliyyət və vergi cərimələri ev sahibinin üzərinə düşür.

Onun sözlərinə görə, ev sahibi kirayədən gəlir əldə etdiyi üçün bu gəlirə görə dövlətə vergi ödəməlidir və müqavilə bağlanmadıqda gəlirin gizlədilməsi halı yaranır.

Vəkil bildirib ki, kirayəçi vergi ödəmək baxımından məsuliyyət daşımır, lakin rəsmi sənəd olmadığı üçün hüquqi baxımdan daha zəif mövqedə qalır və ev sahibi onu istənilən vaxt mənzildən çıxara bilər. Eyni zamanda, müqavilənin olmaması ev sahibi üçün də risklidir. Belə ki, kirayəçi mənzilə zərər vurduqda və ya kommunal borcları ödəmədən evi tərk etdikdə, ev sahibi bunu hüquqi yolla sübut edib zərəri geri ala bilmir.

vəkil Cavanşir Qasımzadəvəkil Cavanşir Qasımzadə

Beləliklə, rəsmi kirayə müqaviləsi həm kirayəçinin, həm də ev sahibinin hüquqlarını qoruyan əsas mexanizmdir. Qanunvericiliyin tələblərinə əməl olunmaması isə bazarda qeyri-şəffaflıq yaradır və qiymət artımını sürətləndirir.

25 fevral 2026 | 14:05

Bakıda əfsanəvi futbolçuya abidə qoyulacaq

"Neftçi" futbol klubunun əfsanəvi hücumçusu Anatoli Banişevskiyə Bakıda abidə qoyulacaq.

Yurd.Media "Sportnet.az"a istinadən xəbər verir ki, bunu mərhum hücumçunun həyat yoldaşı İnna Banişevskaya bildirilb. 

Onun sözlərinə görə, A.Banişevskinin 80 illilk yubileyi münasibətilə görüş zamanı AFFA-nın baş katibi Cahangir Fərəcullayev belə bir niyyətdə olduqlarını bildirib:

"Yubiley mərasimindən əvvəl Cahangir müəllimlə görüşüm oldu. O, stadionlardan birinin qarşısında Banişevskinin abidəsinin qoyulacağını bildirdi. Baş katib hələlik dəqiq məkanın müəyyənləşmədiyini və seçim apardıqlarını söylədi. Sadəcə, abidənin stadion qarşısında qoyulacağını dedi. Amma hansı arena önündə olacağını bilmirəm".

Qeyd edək ki, "Neftçi" Peşəkar Futbol Klubunun qərarı ilə, 2026/27 mövsümündən etibarən komandanın 9 nömrəli forması fevralın 23-də anadan olmasından 80 il ötən unudulmaz Anatoli Banişevskinin xatirəsinə əbədiləşdirilib.

29 yanvar 2026 | 13:34

Azərbaycanda sənədsiz və sənədləşdirilməsi mümkün olmayan tikili sayı AÇIQLANIB

Azərbaycanda 60 920 ədəd daşınmaz əmlak üzrə dövlət vəsaiti hesabına elektron çıxarış təqdim edilib, həmçinin 413 423 dövlət aktı əsasında hüquq təsdiq edən sənəd üzrə vətəndaşlara çıxarışlar verilib.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 23 587 qeyri-yaşayış binası və obyekt üzrə mülkiyyət hüquqları tanınıb və dövlət reyestrində qeydiyyata alınıb, 4 602 obyekt üzrə isə hüquqlar dövlət hesabına elektron çıxarışla rəsmiləşdirilib.

N.Alimova qeyd edib ki, ölkədə daşınmaz əmlakın dövlət kadastrı və reyestri sistemində rəqəmsal transformasiya prosesi genişləndirilir.

"Həyata keçirilən islahatlar daşınmaz əmlakın qeydiyyatı və idarə olunması proseslərinin daha çevik, şəffaf və əlçatan olmasına yönəldilib".

Sədr bildirib ki, bu istiqamətdə normativ-hüquqi baza təkmilləşdirilir, informasiya sistemləri yenilənir, mövcud prosedurlar optimallaşdırılır, rəqəmsal idarəetmə mexanizmləri tətbiq edilir və elektron xidmətlərin sayı artırılır.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Nigar AlimovaDaşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Nigar Alimova

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və kadastr sahəsində elektron xidmətlərlə bağlı danışan Nigar Alimova bildirib ki, onların sayı son illərdə davamlı artım nümayiş etdirib: "2019 və 2020-ci illərdə bu göstərici 5, 2021-ci ildə 6, 2022-ci ildə 16, 2023-cü ildə 26, 2024-cü ildə 32 olub, 2025-ci ildə isə elektron xidmətlərin sayı 41-ə çatdırılıb".

Sədr həmçinin qeyd edib ki, "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastr" informasiya sisteminin bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Yeni sistem daşınmaz əmlakın kadastr və reyestr məlumatlarının vahid elektron platformada toplanmasına, məlumat mübadiləsinin sürətlənməsinə, xidmətlərin daha operativ və şəffaf göstərilməsinə imkan verəcək.

O eynbi zamanda vurğulayıb ki, fərdi yaşayış evləri üzrə sənədsiz tikililərin sayı qeyri-yaşayış obyektlərindən ən azı 10 dəfə çoxdur.

"Təqribən 400-500 min civarında sənədsiz və ya sənədləşdirilməsi mümkün olmayan tikili mövcuddur. Bu tikililərin dəqiq statistikasını müəyyən etmək üçün genişmiqyaslı inventarlaşdırma işlərinin aparılması tələb olunur. Qeyri-yaşayış tikililəri üzrə daxil olan müraciətlərin təhlili göstərir ki, fərdi yaşayış tipli sənədsiz tikililərin sayı daha çoxdur və bu göstərici həmin obyektlərdən ən azı 10 dəfə artıq ola bilər".

N.Alimova qeyd edib ki, aparılacaq sistemli uçot və inventarlaşdırma tədbirləri sənədsiz tikililərin hüquqi statusunun müəyyənləşdirilməsinə və daşınmaz əmlakın qeydiyyatının daha dəqiq aparılmasına imkan verəcək.

Eyni zamanda ölkədə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin fəaliyyətinə metodiki nəzarətin gücləndirilməsi nəzərdə tutulur.

Sədr bildirib ki, bəzi hallarda torpaq sahələrinin qeyri-qanuni şəkildə bölünməsi və təyinatının dəyişdirilməsi halları müşahidə olunur ki, bu da gələcəkdə sənədləşmə və qeydiyyat problemləri yaradır.

"Sənədsiz və özbaşına tikililərin əhəmiyyətli hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda, eləcə də mühafizə zonalarında – yüksək gərginlikli elektrik xətlərinin, qaz və neft kəmərlərinin, dəmir yollarının və su kanallarının yaxınlığında inşa edilib. Bu cür tikililər qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak kimi qeydiyyata alına bilmir və onların elektrik, su və qaz kimi kommunal xidmətlərlə təmin olunması da mümkün deyil".

Bələdiyyələrin torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı səlahiyyətlərinin məhdudlaşdırıldığını deyən Nigar Alimova vurğulayıb ki, bələdiyyələr yalnız 2007-ci ilə qədər torpaq sahələri üzrə sənədləşmə apara bilirdi, həmin tarixdən sonra bu sahədə sənəd verilməsi dayandırılıb.

22 yanvar 2026 | 13:36

Bakıda yeni tikili mənzillərin bütün rayonlar üzrə QİYMƏTİ - CƏDVƏL

Bakının bir sıra rayonlarında yeni tikili mənzillərin kvadrat metrə görə orta qiyməti 4 min manata yaxınlaşır.

"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc Yurd.Media-ya bildirib ki, ötən il ərzində paytaxtın Səbail və Nərimanov rayonlarında yeni tikili mənzillərin qiyməti 4 min manata çatıb. 

Bakıda ən sürətli bahalaşma isə Nəsimi rayonunda qeydə alınıb - 25%-ə yaxın. Burada hər kvadrat metr yeni tikili 3773 manatdan hesablanır.

Yasamal və Xətai rayonunlarında isə ötən ilin əvvəli bu əmlak növündən olan mənzilləri kvadrat metri 2500 manatdan almaq mümkün olurdusa artıq bu ilin əvvəlinə qiymət 3000 manatı ötüb.

Yurd.Media-nın digər daşınmaz əmlak növlərinin qiymətləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Bakının rayonlarında torpaq sahəsi KƏSKİN BAHALAŞIB - QİYMƏT CƏDVƏLİ

- Bakıda fərdi yaşayış evlərinin ən çox bahalaşdığı rayonlar - QİYMƏT CƏDVƏLİ

- Bakıda köhnə tikili mənzillər nə qədər bahalaşıb? - QİYMƏT CƏDVƏLİ

- Bu il Bakıda köhnə tikili mənzillər nə qədər bahalaşacaq? - ARAŞDIRMA

- Bakının bu ərazilərində obyektlər kəskin bahalaşdı - QİYMƏT CƏDVƏLİ

21 yanvar 2026 | 14:42

Bakının bu ərazilərində obyektlər kəskin bahalaşdı - QİYMƏT CƏDVƏLİ

Bakının bütün rayonlarında il ərzində qeyri-yaşayış obyektlərinin qiymətinin artması tendensiyası müşahidə olunub.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) Yurd.Media-ya bildirilib ki, ötən il ərzində ən yüksək artım tempi paytaxtın Nərimanov rayonunda qeyd olunub - 25,3%. Nəsimi rayonunda da bahalaşma 1/4 dəfəyə qədər olub. 

Hazırda ən bahalı obyektlər Bakının mərkəzi Səbail rayonundadır - kvadrat metri 8 min manatdan yuxarı. Yasamal rayonunda qiymət 7700 manata, Xətai rayonunda 6100 manata çatır.

Ən ucuz qiymətə obyektləri isə Pirallahı və Qaradağ rayonlarından əldə etmək olar - kvadrat metri təxminən 2000 manata.

AQC sədri Vüqar Oruc bildirib ki, obyektlərin icarə qiymətlərinin formalaşmasında əsas rol oynayan faktorlar yerləşdiyi rayonların sosial-iqtisadi inkişaf səviyyəsi və infrastruktur imkanlarıdır. Bununla yanaşı, əhalinin sıxlığı və ərazinin biznes baxımından əhatə dairəsi də qiymətlərə ciddi təsir göstərir.

Onun sözlərinə görə, obyektin mərkəzə və ya mərkəzə yaxın ərazidə yerləşməsi icarə haqqının yüksək olmasına səbəb olan əsas amillərdəndir:

“Bu amili yerləşmə faktoru kimi qiymətləndirmək olar. Bununla belə, elə obyektlər mövcuddur ki, onların gəlirliliyi yerləşdiyi ərazidən asılı olmayaraq formalaşır. Belə obyektlərdə piyada axını, müştəri daxilolma sayı, göstərilən xidmətin əraziyə uyğunluğu və nəqliyyat əlçatanlığı həlledici rol oynayır".

Yurd.Media-nın digər daşınmaz əmlak növlərinin qiymətləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Bakının rayonlarında torpaq sahəsi KƏSKİN BAHALAŞIB - QİYMƏT CƏDVƏLİ

- Bakıda fərdi yaşayış evlərinin ən çox bahalaşdığı rayonlar - QİYMƏT CƏDVƏLİ

- Bakıda köhnə tikili mənzillər nə qədər bahalaşıb? - QİYMƏT CƏDVƏLİ

- Bu il Bakıda köhnə tikili mənzillər nə qədər bahalaşacaq? - ARAŞDIRMA

19 yanvar 2026 | 13:58

Bu il Bakıda köhnə tikili mənzillər nə qədər bahalaşacaq? - ARAŞDIRMA

Bu il Bakının rayonlarında köhnə tikili mənzillərdə gözlənilən qiymət artımı açıqlanıb.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) Yurd.Media-ya verilən məlumata görə, ən böyük artım paytaxtın Yasamal (təxminən 14%), Nəsimi (təxminən 13,8%), Səbail (təxminən 13,3%) və Nərimanov (təxminən 12,8%) rayonlarında olacaq.

AQC sədri Vüqar Oruc bildirib ki, bu il bazar hələ də mərkəz yönümlü qalır, lakin artım tempi 2025-ci il ilə müqayisədə yumşalma mərhələsinə daxil olur:

“Köhnə tikililərin qiymət artımı bazar tələbi ilə yox, əsasən torpaq dəyərinin kapitallaşması ilə izah olunur. Bu tendensiya 2026–2027-ci illərdə də mərkəzi rayonlar üçün davam edəcək”.

Araşdırmaya görə, 2026-cı ildə köhnə tikili mənzillərlə bağlı investisiya marağı davam edəcək və köhnə tikililər əsasən söküntü gözləntisi ilə alınacaq, nəticədə real qiymət artımı müşahidə olunacaq. 2027-ci ildə isə bazarın daha seçici olması gözlənilir.

Yurd.Media-nın digər daşınmaz əmlak növlərinin qiymətləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Bakının rayonlarında torpaq sahəsi KƏSKİN BAHALAŞIB - QİYMƏT CƏDVƏLİ

- Bakıda fərdi yaşayış evlərinin ən çox bahalaşdığı rayonlar - QİYMƏT CƏDVƏLİ

- Bakıda köhnə tikili mənzillər nə qədər bahalaşıb? - QİYMƏT CƏDVƏLİ

Bu il Bakıda köhnə tikili mənzillər nə qədər bahalaşacaq? - ARAŞDIRMA