SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Bakının bu ərazilərində obyektlər kəskin bahalaşdı - QİYMƏT CƏDVƏLİ

Bakının bu ərazilərində obyektlər kəskin bahalaşdı - QİYMƏT CƏDVƏLİ

  • 21 yanvar 2026, 14:42
Bakı

Bakının bütün rayonlarında il ərzində qeyri-yaşayış obyektlərinin qiymətinin artması tendensiyası müşahidə olunub.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) Yurd.Media-ya bildirilib ki, ötən il ərzində ən yüksək artım tempi paytaxtın Nərimanov rayonunda qeyd olunub - 25,3%. Nəsimi rayonunda da bahalaşma 1/4 dəfəyə qədər olub. 

Hazırda ən bahalı obyektlər Bakının mərkəzi Səbail rayonundadır - kvadrat metri 8 min manatdan yuxarı. Yasamal rayonunda qiymət 7700 manata, Xətai rayonunda 6100 manata çatır.

Ən ucuz qiymətə obyektləri isə Pirallahı və Qaradağ rayonlarından əldə etmək olar - kvadrat metri təxminən 2000 manata.

AQC sədri Vüqar Oruc bildirib ki, obyektlərin icarə qiymətlərinin formalaşmasında əsas rol oynayan faktorlar yerləşdiyi rayonların sosial-iqtisadi inkişaf səviyyəsi və infrastruktur imkanlarıdır. Bununla yanaşı, əhalinin sıxlığı və ərazinin biznes baxımından əhatə dairəsi də qiymətlərə ciddi təsir göstərir.

Onun sözlərinə görə, obyektin mərkəzə və ya mərkəzə yaxın ərazidə yerləşməsi icarə haqqının yüksək olmasına səbəb olan əsas amillərdəndir:

“Bu amili yerləşmə faktoru kimi qiymətləndirmək olar. Bununla belə, elə obyektlər mövcuddur ki, onların gəlirliliyi yerləşdiyi ərazidən asılı olmayaraq formalaşır. Belə obyektlərdə piyada axını, müştəri daxilolma sayı, göstərilən xidmətin əraziyə uyğunluğu və nəqliyyat əlçatanlığı həlledici rol oynayır".

Yurd.Media-nın digər daşınmaz əmlak növlərinin qiymətləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Bakının rayonlarında torpaq sahəsi KƏSKİN BAHALAŞIB - QİYMƏT CƏDVƏLİ

- Bakıda fərdi yaşayış evlərinin ən çox bahalaşdığı rayonlar - QİYMƏT CƏDVƏLİ

- Bakıda köhnə tikili mənzillər nə qədər bahalaşıb? - QİYMƏT CƏDVƏLİ

- Bu il Bakıda köhnə tikili mənzillər nə qədər bahalaşacaq? - ARAŞDIRMA

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları