SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak

Qaradağ rayonu

Qaradağ — Bakının rayonlarından biri. Lökbatan qəsəbəsi rayonun mərkəzidir.

Tarixi
Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradılmışdır. 1923-cü il mayın 7-də Puta qəsəbəsindəki klubda ilk partiya konfransı keçirilmiş və rayonun əsası qoyulmuşdur.[3] Rayon 1937-ci ilədək Mikoyan rayonu, 1956-cı ilədək Molotov rayonu, 1956–1963-cü illərdə Qaradağ rayonu, 1963–1966-cı illərdə Əzizbəyov rayonu, 1966-cı ildən isə yenidən Qaradağ rayonu adlandırılmışdır. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır.

İnzibati vahidləri
Hazırda Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir.

Qaradağ rayonunun mərkəzi şəhərtipli Lökbatan qəsəbəsidir. Lökbatan adının tarixi hazırkı Xocəsən və Səngəçal qəsəbələri arasında olan karvan yolu ilə bağlıdır. Vaxtı ilə qəsəbənin ərazisində dəvə karvanlarının dayanacaqları olmuş və dəvələr bataqlıqlara batdıqlarından ərazi Lökbatan (dəvə batan) adlandırılmışdır.

Lökbatan qəsəbəsinin əsası 1931–1934-cü illərdə ərazidə 45 saylı neft quyusunun fontanı (18 may 1933-cü il) ilə əlaqədar qoyulub. Həmin dövrdə qəsəbənin indiki S.Orucov küçəsində qamış tipli evlərdən ibarət olan ilk yaşayış massivi salınmışdır.

Rayonun 2-ci böyük şəhərtipli qəsəbəsi Sahil qəsəbəsidir. Qəsəbənin yaranma tarixi 1949-cu ildə Qaradağ Sement zavodunun tikintisi ilə bağlıdır. Belə ki, həmin dövrdə Keşlə qəsəbəsində yerləşən Sement zavodunun Bakı şəhərinin mərkəzindən Qaradağ Dəmir Yolu məntəqəsinin yaxınlığına köçürülməsi qərara alınmışdır. Zavodun tikintisi və gələcək fəaliyyəti ilə əlaqədar dənizin kənarında ilk yaşayış evləri tikilmiş, 1951-ci ildə zavodun I və II texnoloji xəttləri işə salınmış və 1952-ci ildə Sahil qəsəbəsi inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur.

Puta qəsəbəsinin yaranma tarixi 1910–1920-cu illərə təsadüf edir, qəsəbənin salınması onun ərazisində zəngin neft yataqlarının olması və neft quyularında işləmək üçün bu əraziyə gələn insanların məskunlaşması ilə bağlıdır. Toponim kimi adı buta mənasını daşıyan Puta qəsəbəsi 1922–1923-cü illərdə sənaye mərkəzi olmuşdur. 1923-cü ilin mayın 7-də Puta qəsəbəsində keçirilən ilk partiya yığıncağında Qaradağ rayonunun əsası qoyulmuşdur.

Ehtimallara görə qədim quş (Kərgəz) və ya qadın (Gülgəz) adı mənasını daşıyan Korgöz qəsəbəsinin indiki ərazisində neftin çıxarılması və neft buruqlarının salınması ilə əlaqədar 1932–33-cü illərdə burada neftçilər məskunlaşmış və o vaxt yaradılan Azərbaycan Neft Sənaye İdarəsinin (Azneftsənaye) qısaldılmış adı ilə bağlı həmin yaşayış massivi AZNS adlandırılmışdır. 2000-ci ilə qədər Korgöz və AZNS yaşayış məntəqələri Qızıldaş qəsəbəsinin tərkibində olmuş və 2000-ci ildə Korgöz qəsəbə inzibati-ərazi vahidliyi təşkil olunmuşdur.

Qızıldaş qəsəbəsinin bünövrəsi 1945–1946-cı illərdə qoyulmuş və qəsəbə əvvəllər yaxınlıqda olan təpənin zirvəsindən çıxan qırmızı qum və kərpiclə əlaqədar Qızıltəpə adlandırılmışdır. 1948-ci ildən qəsəbənin ətrafında neftin çıxarılması ilə bağlı respublikanın müxtəlif yerlərindən bura insanlar köçmüş, qəsəbəyə Yeni Trest (Neft İdarəsi) adı verilmiş və 1954-cü ildə qəsəbə inzibati ərazi vahidliyi yardılmışdır.

1973-cü ildə qəsəbənin adı ərazidən çıxan mişar daşı ilə bağlı Qızıldaş adlandırılmışdır.

Ümid qəsəbəsinin əsası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə qaçqın və məcburi köçkünlər üçün 1999-cu ildə tikilmiş 110 fərdi yaşayış evinin istifadəyə verilməsi ilə qoyulmuş və 2000-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur.

Toponim kimi ağ daş mənasını daşıyan Səngəçal qəsəbəsinin ərazisində 1936–37-ci illərdə dəmir yolu stansiyası fəaliyyət göstərmiş və dəmiryolçular üçün barak tipli ilk yaşayış evləri salınmışdır. 1940-ci ilədək burada kiçik balıqçılar zavodu olmuş və yerli sakinlərin əksəriyyəti burada işləmişlər.

1940-cı illərin ikinci yarısından etibarən Səngəçal qəsəbəsinin ərazisində hərbi əsirlər üçün yeni barak tipli evlər tikilmiş, iki hərbi hissə yaradılmış və hərbi şəhərcik salınmışdır. 1956-cı illədək Səngəçal qəsəbəsi Duvannı rayonunun tərkibində olmuş, 1956-ci ildə Molotov (Qaradağ) rayonunun tərkibinə verilmiş və 1968-ci ildə qəsəbə inzibati vahidliyi kimi təşkil olunmuşdur.

Yaxınlıqda yerləşən dağın adını daşıyan Çeyildağ və ya balaca Bakı mənasını verən Umbakı qəsəbəsi 1947–1950-ci illərdən bu ərazidə neft yataqlarının istismarı ilə əlaqədar əhalinin məskunlaşması ilə bağlı yaradılmış və 1951-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur.

Toponim kimi çökəklik mənası daşıyan Qobustan qəsəbəsinin indiki ərazisində 1893–1894-cü illərdə Duvannı stansiyası yaranmış, 1901–1905-ci illərdə ilk dəfə həmin stansiyasından xaricə neft yollanılmış və 1935–1937-ci illərdə ilk kəşfiyyat neft buruğu işə salınmışdır.

1945–1949-cu illərdə Duvannı Hacıqabul rayonunun tərkibində olmuş, 1950–1954-cü illərdə tərkibində Sənqəçal, Çeyildağ, Ələt, Atbulaq qəsəbələri olmaqla Duvannı rayonu yaradılmış və 1956-cı ildə həmin ərazilər yenidən Molotov (Qaradağ) rayonunun tərkibinə verilmişdir.

Qəsəbə inzibati ərazi vahidliyi kimi 1951-ci ildə təşkil olunmuş və 1972-ci ildə qədim tayfa adınıdan götürülən qəsəbənin Duvannı adı dəyişdirilərək Qobustan qoyulmuşdur. Qobustan qəsəbəsinin ərazisində eramızdan əvvəl II minillikdə — "Daşdövründə" məskunlaşan qədim insanların qayaüstü rəsmlərini əks etdirən dünya əhəmiyyətli Dövlət Tarixi Bədii Qoruğu yerləşir.

Toponim kimi dənizdən görünən yer mənasını daşıyan Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40–50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar.

1881–1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921–1924-cü illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən keçir.

Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır.

Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Molotov (Qaradağ) rayonunun tərkibindədir.

Müşfiqabad qəsəbəsi Yeni Baki Broyler fabrikinin tikintisi ilə əlaqədar 1980-cı illərdə salınmışıdr. 1984-cü ildə qəsəbədə fabrikin ilk iki yataqxanası istifadəyə verilmiş, 1985–1987-ci illərdə yeni doqquzmərtəbəli yaşayış binaları tikilmiş və 1988-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunaraq xalq şairi Mikayıl Müşfiqin şərəfinə adlandırılmışdır.

Hazırda Qaradağ rayonunun ərazisi – 1080 km² və əhalisi 109371 nəfərdir.

Coğrafi mövqeyi
Xəzər dənizi boyu uzunluğu – 106 km.
Cənub sərhədi Bakı şəhəri boyu üzrə — 103 km.
Şimaldan Abşeron rayonu və şimal-şərqdən Yasamal rayonu
Şərqdən Binəqədi rayonu və cənub-şərqdən Səbail rayonu
Qərbdən — Şirvan şəhəri
Şimal — qərbdən — Şamaxı rayonu
Cənub — şərqdən — Salyan rayonu
Cənub-qərbdən — Hacıqabul rayonu
Statistik məlumat
İnzibati ərazi vahidləri — 11
Bələdiyyələr – 11
Yaşayış məntəqələri — 13
Təhsil müəssisələri – 30, o cümlədən orta məktəblər — 25, lisey və peşə məktəbləri — 4, musiqi məktəbləri — 3, xüsusi internat məktəbləri-1.
Uşaq bağçaları və körpələr evi — 22
Səhiyyə müəssisələri, o cümlədən xəstəxanalar — 7, xəstəxana tabeliyində olan poliklinikalar — 6, müstəqil poliklinikalar — 2, stomatoloji poliklinika — 1, özəl klinika – 1, uşaq sanatoriyası — 1, doğum evi – 1, təcili və təxirə salinmaz tibbi yardim stansiyasi — 2, Respublika Güzəm xəstəxanası, Ələt Dəmiryol xəstəxanası
Sənaye müəssisələri – 90, o cümlədən 22 iri sənaye müəssisələri
Mədəniyyət evləri – 8
Muzeylər – 1
Kitabxanalar – 10
Mədəniyyət və istirahət parkları — 10
Dövlət qoruğu – 1
Mədəniyyət və tarixi abidələr – 15, o cümlədən yerli əhəmiyyətli — 10, respublika əhəmiyyətli — 4, dünya əhəmiyyətli – 1.
Məscidlər – 10
Pirlər və ziyarətgahlar — 3

Universitetlərin paytaxtdan regionlara köçürülməsinə HAZIRLIQ GEDİR
Təhsil
13.03.2026 13:09
Universitetlərin paytaxtdan regionlara köçürülməsinə HAZIRLIQ GEDİR
DTX-dən ƏMƏLİYYAT: SEPAH-ın Azərbaycanda terror törətmək cəhdlərinin qarşısı alındı
Ölkə
06.03.2026 22:25
DTX-dən ƏMƏLİYYAT: SEPAH-ın Azərbaycanda terror törətmək cəhdlərinin qarşısı alındı
Qızıldaş Mədəniyyət Mərkəzindəki uşaq bağçasının qanunsuz fəaliyyəti AŞKARLANIB
Bakı
25.02.2026 09:37
Qızıldaş Mədəniyyət Mərkəzindəki uşaq bağçasının qanunsuz fəaliyyəti AŞKARLANIB
Birinci Qarabağ müharibəsi şəhidlərindən daha səkkizi dəfn olundu
Ölkə
20.02.2026 22:17
Birinci Qarabağ müharibəsi şəhidlərindən daha səkkizi dəfn olundu
Qaradağda Mədəniyyət Mərkəzi uşaq bağçasına çevrilib - FOTO
Bakı
12.02.2026 10:22
Qaradağda Mədəniyyət Mərkəzi uşaq bağçasına çevrilib - FOTO
Yağışların dağıtdığı körpü təhlükəli vəziyyətdə - VİDEO
Ölkə
08.02.2026 14:22
Yağışların dağıtdığı körpü təhlükəli vəziyyətdə - VİDEO
Mühərrik sönüb, 4 balıqçı dənizdə qalıb - Qaradağda həyacanlı anlar
Bakı
06.02.2026 09:13
Mühərrik sönüb, 4 balıqçı dənizdə qalıb - Qaradağda həyacanlı anlar
İcra başçısından sonra Qaradağ icra hakimiyyətinin 3 şöbə müdiri işini itirdi
Bakı
31.01.2026 19:11
İcra başçısından sonra Qaradağ icra hakimiyyətinin 3 şöbə müdiri işini itirdi
İş yoldaşının telefonunu götürüb 1200 manat pulunu çəkdi
Bakı
25.01.2026 18:14
İş yoldaşının telefonunu götürüb 1200 manat pulunu çəkdi
Yarımtikililərdən təmir-tikinti alətləri oğurlayanlar tutuldu
Ölkə
25.01.2026 12:26
Yarımtikililərdən təmir-tikinti alətləri oğurlayanlar tutuldu
Qaradağda kabus məkana çevrilən uşaq bağçası - VİDEO
Bakı
23.01.2026 22:48
Qaradağda kabus məkana çevrilən uşaq bağçası - VİDEO
Bakıda yeni tikili mənzillərin bütün rayonlar üzrə QİYMƏTİ - CƏDVƏL
Bakı
22.01.2026 13:36
Bakıda yeni tikili mənzillərin bütün rayonlar üzrə QİYMƏTİ - CƏDVƏL
Bakının bu ərazilərində obyektlər kəskin bahalaşdı - QİYMƏT CƏDVƏLİ
Bakı
21.01.2026 14:42
Bakının bu ərazilərində obyektlər kəskin bahalaşdı - QİYMƏT CƏDVƏLİ
Bu il Bakıda köhnə tikili mənzillər nə qədər bahalaşacaq? - ARAŞDIRMA
Bakı
19.01.2026 13:58
Bu il Bakıda köhnə tikili mənzillər nə qədər bahalaşacaq? - ARAŞDIRMA
Bakıda fərdi yaşayış evlərinin ən çox bahalaşdığı rayonlar - QİYMƏT CƏDVƏLİ
Bakı
13.01.2026 12:04
Bakıda fərdi yaşayış evlərinin ən çox bahalaşdığı rayonlar - QİYMƏT CƏDVƏLİ
Votsapını ələ keçirib yaxınlarının pulunu mənimsədilər - VİDEO
Kriminal
11.01.2026 11:58
Votsapını ələ keçirib yaxınlarının pulunu mənimsədilər - VİDEO
Dövlət Komitəsi: “Qobu Park”da binalarda heç bir problem qeydə alınmayıb
Ölkə
10.01.2026 21:14
Dövlət Komitəsi: “Qobu Park”da binalarda heç bir problem qeydə alınmayıb
Bakının rayonlarında torpaq sahəsi KƏSKİN BAHALAŞIB - QİYMƏT CƏDVƏLİ
Bakı
08.01.2026 09:04
Bakının rayonlarında torpaq sahəsi KƏSKİN BAHALAŞIB - QİYMƏT CƏDVƏLİ
Aztəminatlı ailələrə bayram sovqatları paylanılıb - FOTO
Sosial
31.12.2025 21:23
Aztəminatlı ailələrə bayram sovqatları paylanılıb - FOTO
Gömrükçü vəzifəli şəxslərdən 5,4 milyon manatlıq QAÇAQMALÇILIQ
Ölkə
23.12.2025 18:58
Gömrükçü vəzifəli şəxslərdən 5,4 milyon manatlıq QAÇAQMALÇILIQ
Qaradağda 48 kombi oğurlayan şəxs saxlanıldı
Bakı
20.12.2025 21:39
Qaradağda 48 kombi oğurlayan şəxs saxlanıldı
Yaşayış binasında GÜCLÜ YANĞIN: İki uşaq həyatını itirdi - VİDEO
Bakı
05.12.2025 08:46
Yaşayış binasında GÜCLÜ YANĞIN: İki uşaq həyatını itirdi - VİDEO
Prezident zavodun AÇILIŞINDA - FOTO
Bakı
27.11.2025 13:11
Prezident zavodun AÇILIŞINDA - FOTO
Qobustan sakinləri üçün istirahət məkanı açıldı - FOTO
Bakı
24.11.2025 23:09
Qobustan sakinləri üçün istirahət məkanı açıldı - FOTO
İdman zalının tikintisinə daha 1,6 milyon manat xərclənəcək
İdman
30.10.2025 20:42
İdman zalının tikintisinə daha 1,6 milyon manat xərclənəcək
Boyanı dabaq xəstəliyi dərmanı kimi satan dələduzlar saxlanılıb - VİDEO
Bakı
28.10.2025 20:11
Boyanı dabaq xəstəliyi dərmanı kimi satan dələduzlar saxlanılıb - VİDEO
Dağda ilişib qalan gənc xilas olundu - VİDEO
Bakı
27.10.2025 08:47
Dağda ilişib qalan gənc xilas olundu - VİDEO