SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Məktəbdə beşinci sinif şagirdləri arasında bıçaqlanma

Məktəbdə beşinci sinif şagirdləri arasında bıçaqlanma

  • 11 may 2026, 18:49
Bakı

Bakıda 233 saylı orta məktəbdə qardaşını qorumağa çalışan qız bıçaqlanıb.

Yurd.Media "Teleqraf"a istinadən xəbər verir ki, hadisə mayın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində orta məktəbin ərazisində baş verib.

Tənəffüs vaxtı 5 "q" sinfinin şagirdi İxtiyar Namazov (ad-soyad şərtidir - red.) məktəbin dəhlizində D.Əliyevin üzərinə bıçaqla hücum edib.

Bu zaman D.Əliyevin bacısı Y.Əliyeva qardaşını qorumaq üçün onun qarşısına keçib.

Nəticədə Y.Əlizadə əlindən bıçaq xəsarəti alıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 233 nömrəli tam orta məktəbdə şagirdlər arasındakı münaqişə ilə əlaqədar araşdırma aparılacaq:

"Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə səmərəli tədris mühitinin qorunması, təhsil müəssisələrinin fəaliyyətində şəffaflığın artırılması əsas prioritetlərdəndir. Məktəbdaxili nizam-intizam qaydalarına əməl olunması diqqət mərkəzində saxlanılır", - deyə qeyd edilib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, qeyd olunan halla bağlı ərazi polis orqanında araşdırma aparılır

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları