SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi

Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi

  • 24 oktyabr 2026, 19:04

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Tovuz şəhəri, Xəqani Şirvani küçəsində yerləşən yaşayış binasında körpənin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Yurd.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

"Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısını açaraq 7 aylıq körpəni valideynlərinə təhvil veriblər", - məlumatda qeyd olunub.

Skat.az - Ev və Avtomobil elanları