Gəncədə avtomobillər toqquşub, xəsarət alan var
Yurd.Media xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
"Mercedes" markalı avtomobilin digər avtomobillə çırpılması nəticəsində 1972-ci il təvəllüdlü S.Səfixanova xəsarət alıb.
O, şəhər ərazisində yerləşən xəstəxanlardan birinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, S.Səfixanovanın həyat yoldaşı Səfixanov Telman Kərim oğlu Birinci Qarabağ müharibəsi zamanı, 20 yanvar 1993-cü ildə Kəlbəcər rayonunun Vəng kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb və şəhidlik zirvəsinə ucalıb.