Qazaxda yaşlı qadını avtomobil vurub.
Yurd.Media xəbər verir ki, hadisə Qazax şəhər H.Əliyev prospektində qeydə alınıb.
Minik avtomobilinin vurduğu yaşlı qadın Dövlət Yol Polisi əməkdaşları tərəfindən Qazax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.