SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi

Böyük Qayıdış

Böyük Qayıdış

2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycan xalqının tarixi qələbəsi ilə başa çatdıqdan sonra həmin ərazilərdə bərpa və  geniş quruculuq işlərinə başlanıldı.

 

2022-ci il 16 noyabr tarixində Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı təsdiqləndi. 

 

Bu gün işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesi uğurla davam edir.

 

Otuz ilə yaxın bir müddətdə dağıdılmış, xarabalığa çevrilmiş Qarabağ və Şərqi Zəngəzur bu gün inkişaf, yenidənqurma və rifah dövrünə qədəm qoyur.

 

Bu proses yalnız bərpa deyil, həm də qalıcı sosial rifahın və daimi yaşayışın təməlidir.

15 sentyabr 2026 | 19:52

Xocavənd daha 50 ailəyə qucaq açdı

Xocavənd rayonu daha 50 ailəyə qucaq açdı.

Yurd.Media xəbər verir ki, Xocavənd rayonunun Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocavənd şəhərinə 33 ailə – 135 nəfər, Qırmızı Bazar qəsəbəsinə 9 ailə – 44 nəfər, Quzeyxırman kəndinə isə 8 ailə – 41 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. 

10 sentyabr 2026 | 21:34

Şükürbəyli kəndi 150-dən çox sakinə qucaq açdı

Müasir standartlara uyğun yenidən qurulan Şükürbəyli kəndi 150-dən çox sakinə qucaq açıb.

Yurd.Media xəbər verir ki, işğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndi bu gün 25 ailə olmaqla, 154 nəfərə qucaq açıb. Ailələr yenidən qurulan kəndə qədəm qoyub və doğma yurdlarında yaradılan gözəlliyi seyr ediblər.

Qeyd edək ki, Şükürbəyli kəndində hər biri 80 yerlik olmaqla iki körpələr evi-uşaq bağçası, 360 şagird yerlik məktəb binası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi, həmçinin yerli icra strukturları üçün inzibati bina tikilib. Bununla yanaşı, 35/10 kV-luq elektrik yarımstansiyası inşa olunub, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, internet və “İP TV” şəbəkələri yaradılıb, kənddaxili yollar asfaltlanıb. İlkin mərhələdə 635 fərdi yaşayış evi istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçün ayrılıb. Müasir üslubda inşa olunan evlər 2, 3, 4 və 5 otaqlıdır.

Beləliklə, uzun illər həsrətlə doğma yurda qayıdışı gözləyən insanlar üçün Şükürbəylidə yeni həyat başlayıb. Burada həyata keçirilən quruculuq işləri “Böyük Qayıdış” proqramının uğurlu icrasının daha bir nümunəsidir. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından razılıqla danışaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canları bahasına qurtaran qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, bu gün doğma yurdlarında başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.

01 sentyabr 2026 | 19:54

Ağdamın 2-ci yaşayış kompleksi 100-dən çox ailəni qəbul etdi

Ağdam şəhərinin 2-ci yaşayış kompleksi 100-dən çox ailəni qəbul edib.

Yurd.Media xəbər verir ki, budəfəki köç çərçivəsində Ağdam şəhərinə - 2-ci yaşayış kompleksinə 117 ailə, ümumilikdə 362 nəfər köçürülüb.

Doğma yurda qayıdan ailələr respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Ağdamda qarşılanan ailələrə əvvəlcə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Sakinlərə tanımadıqları naməlum əşya və cisimlərə toxunmamaq, onlardan uzaq durmaq, belə hallarla qarşılaşdıqda isə dərhal aidiyyəti qurumlara məlumat vermək tövsiyə olunub.

Mənzillərin açarlarının təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Çıxış edənlər doğma yurdlarına qayıdan sakinləri təbrik edib, onlara yeni həyatlarında firavanlıq və xoş günlər arzulayıblar.

Daha sonra ailələrə yeni mənzillərinin açarları təqdim olunub. Uzun illərdən sonra doğma yurda qayıtmağın sevincini yaşayan Ağdam sakinləri yeni mənzillərinə yerləşiblər.

Qeyd edək ki, 13 hektardan çox ərazini əhatə edən 2-ci yaşayış kompleksində 60 bina inşa edilib. Kompleksdə 114 birotaqlı, 464 ikiotaqlı, 536 üçotaqlı və 154 dördotaqlı olmaqla, ümumilikdə 1268 mənzil yerləşir.

28 avqust 2026 | 14:52

Bu günümüzə şükür: Şükürbəyliyə daha 86 nəfər KÖÇDÜ

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə daha 86 nəfər köçüb.

Yurd.Media xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 15 ailənin daimi qayıdışı təmin olunub.

Ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar. Ailələrə evlərin açarları təqdim olunub.

Qeyd edək ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Açarların təqdim edilməsi mərasimində sakinlər mina təhlükəsizliyi qaydaları haqqında məlumatlandırılıblar.

25 avqust 2026 | 18:59

Xocavənd rayonu daha 33 ailəyə qucaq açdı

Bu gün Xocavənd şəhərinə 19 ailə olmaqla 88 nəfər, Quzeyxırman kəndinə 13 ailə olmaqla 61 nəfər, Qırmızı Bazar qəsəbəsinə 11 ailə olmaqla 42 nəfər köç edib.

Yurd.Media xəbər verir ki, kəndlərə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar.

Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Bildirilib ki, bu gün başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.

Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 19 ailə (88 nəfər), Quzeyxırman kəndinə 13 ailə (61 nəfər), Qırmızı Bazar qəsəbəsinə 11 ailə (42 nəfər) köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

17 avqust 2026 | 18:38

Xocavəndin kəndlərinə 40-dək ailənin köçü baş tutdu

Xocavən rayonunun kəndlərinə daha 40-dək ailənin köçü baş tutdu.

Yurd.Media xəbər verir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Güneyxırman və Quzeyxırman kəndlərinə növbəti köç prosesi gerçəkləşib.

Belə ki, Xocavənd rayonunun Quzeyxırman kəndinə 18 ailə (82 nəfər), Güneyxırman kəndinə isə 21 ailə (103 nəfər) köçürülüb.

Kəndlərə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar.

Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Bildirilib ki, bu gün başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.

14 avqust 2026 | 15:04

Böyük Qayıdış: Xankəndiyə 100-dən çox sakin köçdü

Böyük Qayıdış proqramı çərçivəsində Xankəndiyə 100-dən çox sakin köçüb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Yurd.Media-ya bildirilib ki, Böyük Qayıdış Proqramı çərçivəsində köçürülən 102 nəfərdən ibarət 22 ailəyə yeni mənzillərinin açarları təqdim olunub.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev keçmiş məcburi köçkünlərin qarşılanması və mənzillərin açarlarının təqdimatı mərasimində çıxış edərək, sakinləri doğma torpaqlarına qayıtmaları münasibətilə təbrik edib, onlara yeni həyatlarında xoşbəxtlik və firavanlıq arzulayıb.

Mahmud Əfəndiyev Xankəndidə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə davam etdirilir.

Qeyd olunub ki, doğma yurdlarına qayıdan sakinlərin rahat və təhlükəsiz yaşamaları üçün Xankəndidə bütün zəruri şərait yaradılıb. Şəhərdə yaşayış binaları ilə yanaşı, sosial və kommunal infrastruktur da yenidən qurulur.

05 avqust 2026 | 16:41

BÖYÜK QAYIDIŞ: Xocavəndə 100-dən çox adam köçdü

İşğaldan azad olunmuş şəhər, qəsəbə kəndlərə daha 100 nəfərdən çox şəxs köçdü.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi və Xocavənd kəndinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr yurdlarına qovuşublar.

Ailələrə evlərinin açarları təqdim olunub.

Yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşyalardan və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr açarları sevinclə qəbul edərək evlərində məskunlaşıblar.

Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.

Sakinlər tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Onlar bildiriblər ki, bu gün başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.

Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 20 ailə - 81 nəfər, Qırmızı Bazar qəsəbəsinə 2 ailə - 9 nəfər, Xocavənd kəndinə isə 5 ailə - 17 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxanalarda, sanatoriyalarda, düşərgələrdə, yarımçıq tikililərdə və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

24 iyul 2026 | 18:24

BÖYÜK QAYIDIŞ: 10 kəndə köç baş tutdu

Bu gün işğaldan azad olunandan sonra bərpa olunan daha 10 kəndə növbəti köç həyata keçirilib.

Yurd.Media xəbər verir ki, Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonun Şükürbəyli, Ağdərənin Həsənriz, Kolatağ, Aşağı Oratağ, Vəngli, Xocalının Təzəbinə, Badara, Xanabad, Daşbulaq və Seyidbəyli kəndlərinə növbəti köç karvanı gəlib.

Bu mərhədə Cəbrayılın Şükürbəyli kəndinə 12 ailə, 55 nəfər köçürülür.

Ağdərənin Aşağı Oratağ kəndinə 10 ailə, 34 nəfər, Vəngli kəndinə 6 ailə, 26 nəfər, Həsənriz kəndinə 6 ailə, 17 nəfər, Kolatağ kəndinə 3 ailə, 19 nəfər yola salınıb.

Həmçinin Xocalının Xanabad kəndinə 10 ailə, 31 nəfər, Təzəbinə kəndinə 9 ailə, 39 nəfər, Badara kəndinə 6 ailə, 24 nəfər, Daşbulaq kəndinə 2 ailə, 7 nəfər, Seyidbəyli kəndinə 1 ailə, 5 nəfər köçürülür.

Sakinlərə evlərinin açarları təqdim olunub.

Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

08 iyul 2026 | 15:19

Yataqxanalardan Xocavəndin kəndlərinə BÖYÜK QAYIDIŞ

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr azad olunmuş Xocavəndin kəndlərinə köçdülər.

Yurd.Media xəbər verir ki, bu gün Xocavənd rayonunun Güneyxırman və Quzeyxırman kəndinə çatan ilk ailələrə evlərinin açarları təqdim olunub.

Kəndlərə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə edilib.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar.

Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.

Sakinlər tarixi Qələbəni bəxş edən, torpaqlarımızı canı bahasına işğaldan azad edən qəhrəman şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, onlara rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərə cansağlığı arzulayan sakinlər azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Onlar bildiriblər ki, bu gün başlayan yeni həyat həm də şəhid və qazilərin onlara əmanət etdiyi Zəfərin bəhrəsidir.

Qeyd edək ki, ilk mərhələdə Quzeyxırman kəndinə 21 ailə (87 nəfər), Güneyxırman kəndinə 18 ailə (72 nəfər) köçülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.