SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi

Erməni hərbi cinayətkarların məhkəməsi

Erməni hərbi cinayətkarların məhkəməsi

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxlər Azərbaycanın ədalət mühakiməsinə çıxarılır.

Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikasının vətəndaşları Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan Davit Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimirinin məhkəməsi keçirilir.

Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

22 dekabr 2025 | 23:56

Babayan və Mnatsakanyandan SON SÖZ - MƏHKƏMƏ

Ermənistan vətəndaşlarının məhkəməsində David Babayan və Levon Mnatsakanyan son söz deyiblər.

Yurd.Media xəbər verir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 22-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Sədrlik edən Z.Ağayev bildirib ki, məhkəmə iclası təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.

Qeyd edilib ki, ötən məhkəmə iclası zamanı fasilə elan olunduğundan təqsirləndirilən David Babayan çıxışını indiki məhkəmə iclasında davam etdirəcək.

D.Babayan çıxışında ittiham tərəfinin çıxışında bildirdiklərinə əks dəlillər səsləndirib. O, təqsirləndirilən şəxslərin günahsız olduğunu deyib. “Mən özümü heç bir maddə ilə günahkar hesab etmirəm”, - deyə D.Babayan bildirib.

O, çıxışında müdafiəçilərə və tərcüməçilərə təşəkkür edib.

Təqsirləndirilən Levon Mnatsakanyan son sözünü rus dilində etmək istədiyini deyib. Ona çıxışını rus dilində etməyə şərait yaradılıb.

Təqsirləndirilən şəxs deyib: “Qarabağ (qondarma rejimi nəzərdə tutur – red.) Ermənistandan onun təhlükəsizliyinin qarantı kimi çıxış etməyi xahiş etdi və bu dövrdən də təmas xəttində bütün əməliyyatlar Ermənistan Respublikasının baş qərargahı (silahlı qüvvələrin baş qərargahı nəzərdə tutulur – red.) tərəfindən hazırlanmış planlara uyğun aparılırdı. Burada məhkəmə iclasları zamanı qeyd etmişdim ki, mən 1992-ci ildə hərbiyə çağırılmışam. Zabit rütbəmi nəzərə alaraq, məni batalyonun komandir müavini təyin etdilər. Bu vəzifəyə təyin edilmək üçün başqa heç bir şey tələb olunmurdu. Lakin ittiham tərəfi iddia edir ki, məni başqa hansısa parametrlərə görə təyin ediblər”.

Təqsirləndirilən şəxs müharibədə onlar tərəfdən muzdluların döyüşməsi barədə ittiham tərəfinin dediklərinə də münasibət bildirib: “Bildiyim qədər onlar muzdlu olmayıblar. Onlar hamısı könüllülər idi və onları heç kəs xidmətə cəlb eləməmişdi, onlara pul verilmirdi”.

L.Mnatsakanyan məhkəmədə onun əleyhinə ifadə vermiş zərərçəkmiş İlham Məmmədovun dedikləri barədə də danışıb (Xatırladaq ki, İ.Məmmədov oktyabrın 2-də keçirilmiş məhkəmə iclası zamanı ifadəsində Ermənistan silahı qüvvələrinin hərbçiləri tərəfindən döyüldüyünü, işgəncələrə məruz qaldığını, onu döyən zabitlər arasında Levon adlı zabitin xüsusi qəddarlıq nümayiş etdirdiyini deyib. Zərərçəkmiş şəxs dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavabında L.Mnatsakanyanı göstərərək qəddarlıq edən şəxsin o olduğunu söyləyib – red.). Deyib ki, İ.Məmmədova işgəncə verilməyib.

O, 2020-ci ildə 44 günlük müharibə zamanı Şuşakənddə hərbi hücumun planlaşdırılmasında iştirak etməsi barədə ittiham tərəfinin dediklərini də inkar edib, ümumiyyətlə 2020-ci və 2023-cü ildə heç bir hərbi əməliyyatda iştirak etmədiyini söyləyib. Təqsirləndirilən şəxs deyib: “Bəli, mən həqiqətən orada (Şuşakənddə müşavirə keçirilən məktəbdə - red.) olmuşam. Lakin mən çox gec, müşavirə başladıqdan sonra gəlmişəm. Müşavirəyə mənim aidiyyətim yox idi. Mən ora dəvət olunmamışdım. Həmin məktəbdəki kabinetdə mən ətraf kəndlərin mülki müdafiə qərargahlarının rəhbərləri ilə mülki müdafiə ilə bağlı məsələləri müzakirə edirdim. Əhalinin oradan təxliyə olunmasını danışırdıq. Onlar (müşavirə keçirənlər – red.) isə ora gəlmişdilər və xahiş eləmişdilər ki, iki saatlıq müşavirə keçirmək üçün otaq ayrılsın. Sədr isə onlara həmin kabineti təqdim eləmişdi. Yəni, mənim olmamağımdan istifadə edərək işlətdiyim kabineti təqdim eləmişdi. Mən gələn vaxt artıq orada müşavirə keçirilirdi. Həmin otağa daxil oldum və Artur Ağabekyanla kənarda oturdum. Bu, sadəcə, bir təsadüf idi.

Müşavirədən mənə aydın oldu ki, orada üç ehtiyat batalyonu, bir tank batalyonu, bir artilleriya divizyonu döyüş üçün hazırlanıb. Həmin əməliyyat nəticəsində yol bağlanmalı idi. Hansı ki, orada təchizat işləri görülürdü, yəni hərbiçilər təchizatla təmin edilirdilər. Şuşaya hücum hazırlayan silahlı qüvvələrin məsul şəxsi Samvel Babayan idi. Onlar bütün məsələləri müzakirə etdilər. Həmin əməliyyatın vaxtını müəyyən etdilər və çıxıb getdilər. Vaxtı ertəsi gün saat 5-ə təyin etmişdilər. Təşkilatçılar getdikdən sonra iştirakçılar öz narazılıqlarını bildirməyə başladılar ki, hazırlıq işləri tam həyata keçirilməyib, tam hazır deyillər. Onlara vaxt verilməyib ki, bu əməliyyata normal şəkildə hazırlaşa bilsinlər, bu səbəbdən də iştirakdan imtina edirlər. Mən soruşdum ki, nəyə görə onlar bunu indi deyirlər, müşavirə keçirilən vaxt niyə deməyiblər? Onlardan bir cavab ala bilmədim və onların işinə də qarışmadım. Fikirləşdim ki, bu, onların öz işləridir”.

Təqsirləndirilən şəxs 2016-cı ildə baş vermiş Aprel döyüşləri barədə danışarkən həmin vaxt “ordu komandanı” (Ermənistan silahlı qüvvələrinin ən böyük birləşməsinin komandiri – red.) olduğunu deyib. O, Aprel döyüşləri ilə bağlı ittiham tərəfinin dəlillərini və zərərçəkmişlərin dediklərini inkar edib, Azərbaycan hərbçilərinin mövqelərinə hücum etmədiklərini deyib.

Məhkəmə prosesi dekabrın 23-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

19 dekabr 2025 | 22:21

Manukyan, Harutyunyan və Babayanın SON SÖZLƏRİ

Təqsirləndirilən David Manukyan, Arayik Harutyunyan və David Babayan son söz çıxışları ediblər.

Yurd.Media xəbər verir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 19-da davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Sədrlik edən Z.Ağayev bildirib ki, məhkəmə iclası təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.

Xatırladılıb ki, ötən məhkəmə iclası zamanı fasilə elan olunduğundan təqsirləndirilən David Manukyan çıxışını indiki məhkəmə iclasında davam etdirəcək.

D.Manukyan ittiham tərəfinin çıxışında qeyd etdiklərinə əks dəlilləri səsləndirib. Belə ki, təqsirləndirilən şəxs dövlət ittihamını müdafiə edən prokurorların elan etdiyi məqamlarla razılaşmadığını deyib.

O, qondarma rejimin "təhlükəsizlik şurasının iclaslarında" nə iştirakçı, nə də müşahidəçi qismində iştirak etmədiyini, buna onun vəzifə öhdəliklərinin icazə vermədiyini də söyləyib.

D.Manukyan, həmçinin çıxışında öz vəkillərinə təşəkkürünü bildirib.

Təqsirləndirilən Arayik Harutyunyan son sözündə dövlət ittihamını müdafiə edən prokurorların təqdim etdiyi dəlillərlə razılaşmadığını söyləyib.

O, özünün və iki qardaşının Qarabağda məktəbdə təhsil aldığını, erməni dilində təhsil almaqla bağlı problem olmadığını deyib. A.Harutyunyan azərbaycanlılarla aralarında heç bir problem olmadığını da bildirib və əlavə edib: "Bir-birimizin tədbirində iştirak edirdik".

Təqsirləndirilən şəxs son sözündə məhkəmədə ittiham edildiyi müharibə cinayətlərindən də bəhs edib: "Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum. Mən çox məlumatlı adamam. Amma Kəlbəcərdəki Tunel hadisəsini burada bildim. Məsələn, Bəylik bağı hadisəsini burada bilmişəm. Əlbəttə, bunlar hərbi cinayətlərdir və öz günahkarları var. Əgər günahkarlar bu dünyada cəzalanmayıblarsa, o biri dünyada öz əməllərinə görə cəzalanacaqlar. Söhbət qocalara, qadınlara, uşaqlara, əsir və girovlara qarşı edilən cinayətlərdən gedir".

A.Harutyunyan ittihamları sadalayaraq (cinayətkar birliyə qoşulmaq, qanunsuz sahibkarlıq fəaliyyəti göstərmək, dağıntılar törətmək, muzdlular, minaların basdırılması, təyyarələrin hərəkətinə maneə törədilməsi, qətllər, zorakılıqlar, Gəncənin raket atəşinə tutulması və s.), həmin məsələlərlə bağlı öz arqumentlərini səsləndirib və ittihamları qəbul etmədiyini söyləyib.

Təqsirləndirilən şəxs David Babayan son sözünü rus dilində etmək istədiyini deyib. D.Babayana rus dilində çıxış etmək üçün şərait yaradılıb.

O, dövlət ittihamını müdafiə edən prokurorların və zərərçəkmiş şəxslərin bildirdikləri ilə bağlı özünün əks arqumentlərini ümumi fikirlərlə səsləndirib.

Məhkəmə prosesi dekabrın 22-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

09 dekabr 2025 | 23:07

"Vardanyan işi": Qanunsuz erməni silahlıların əməlləri AÇIQLANDI

Qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan mərminin yaxınlığına düşüb partlaması nəticəsində yaralanan şəxs məhkəmədə ifadə verib.

Yurd.Media xəbər verir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 9-da davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş şəxsin nümayəndəsi Azər Manafov ifadəsində bildirib ki, Ermənistanın mina terroru nəticəsində zərər çəkib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında baş vermiş mina partlayışı nəticəsində hadisə yerində olan bir neçə nəfərin yaralandığını, Cavid İsmayılovun isə həlak olduğunu deyib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş şəxs Yadulla Abuşov diqqətə çatdırıb ki, Kəlbəcər rayonu ərazisində düşmən tərəfindən minaatanlar və digər silahlardan açılan atəşlər nəticəsində bir neçə şəxs həlak olub, özü və daha bir neçə şəxs isə yaralanıb.

Zərərçəkmiş şəxs Sahil Salahov ifadəsində bildirib ki, Xocavənd rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan mərminin yaxınlığına düşüb partlaması nəticəsində yaralanıb. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş şəxs qeyd edib ki, hadisə nəticəsində bir neçə şəxs həlak olub.

Məhkəmə prosesi digər zərərçəkmiş şəxslərin ifadələrinin elan olunması ilə davam etdirilib. Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış bir qrup şəxs əvvəlki proseslərdə məhkəməyə müraciət ünvanlayaraq iclaslarda üzrlü səbəbdən iştirak edə bilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini bildirən ərizələr göndəriblər. Ötən məhkəmə iclaslarında tərəflər həmin ifadələrin məhkəmədə elan olunmasına etiraz etməyiblər.

İclasda, həmçinin cinayət işi materiallarında olan ekspertiza rəyləri, protokollar və iş üzrə sübuti əhəmiyyət kəsb edən digər sənədlər elan olunub.

Sonra məhkəməyə sədrlik edən bildirib ki, bununla da cinayət işi üzrə zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məhkəmədə elan edilməklə tədqiqi başa çatıb.

Təqsirləndirilən şəxs Ruben Vardanyan vəsatətlə çıxış edərək, cinayət işi ilə bağlı bəzi sənədlərlə tanış olmaq istədiyini bildirib, eləcə də bəzi sənədlərin cinayət işindən xaric olunmasını xahiş edib.

Məhkəməyə sədrlik edən Zeynal Ağayev təqsirləndirilən şəxsin konkret hansı sənədlərlə tanış olmaq istədiyi müəyyənləşdirildikdən sonra ona müvafiq şərait yaradılacağını bildirib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev məhkəməyə müraciət edərək cinayət işi üzrə digər zəruri sənədlərin də tədqiq olunmasını təklif edib.

Məhkəmənin növbəti iclası dekabrın 12-nə təyin edilib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

05 dekabr 2025 | 23:29

Vardanyanın məhkəməsində sənədlər elan olundu

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 5-də davam etdirilib.

Yurd.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəməyə sədrlik edən diqqətə çatdırıb ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış bir qrup şəxs əvvəlki proseslərdə məhkəməyə müraciət ünvanlayaraq iclaslarda üzrlü səbəbdən iştirak edə bilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini bildirən ərizələr göndəriblər.

Tərəflər həmin ifadələrin məhkəmədə elan olunmasına etiraz etməyiblər və qeyd edilib ki, bugünkü iclasda həmin ifadələr səslənəcək.

Sonra iclasda zərərçəkmiş şəxs qismində tanınmış bir qrup şəxsin ifadələri, cinayət işi materiallarında olan ekspertiza rəyləri, protokollar və iş üzrə sübuti əhəmiyyət kəsb edən digər sənədlər elan olunub.

Məhkəmənin növbəti iclası dekabrın 8-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

21 noyabr 2025 | 22:08

Ruben Vardanyana qanunsuz erməni silahlı dəstələrinin cinayətləri xatırladıldı

Qarabağda vaxtilə yerləşən Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən cinayətlər məhkəmədə açıqlandı.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın 21-də davam etdirilib.

Yurd.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavab verən zərərçəkmiş Bəylər Şabanov qeyd edib ki, Suqovuşandan Ağdərə-Kəlbəcər istiqamətində hərəkət edərkən Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən içərisində olduqları “Niva” markalı avtomobilə atəşlər açılıb. Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib.

Zərərçəkmiş Kənan Rzazadə bildirib ki, Kəlbəcər rayonu ərazisində üzərində fərqlənmə nişanı olan tibbi yardım maşınında hərəkətdə olan zaman düşmən tərəfindən avtomobilin minaatan mərmisi ilə vurulması nəticədə o və həmin vaxt yanında olan Elvin Süleymanov yaralanıb.

Hasil Talıbov diqqətə çatdırıb ki, Zəngilan rayonu ərazisində düşmənin təxribatı nəticəsində Fərid Mehbalı və Elşən Babazadə həlak olub, o, İlkin Vasalov, Mehdi Yusifov və daha bir neçə nəfər müxtəlif xəsarətlər alıb.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Zamin Əmralı qeyd edib ki, Zəngilan rayonu ərazisində düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində Fərid Rüstəmov və Nahid Məmmədov həlak olub, o, Fərid Məmmədov, Saleh Həsənov və daha bir neçə şəxs yaralanıb.

Zərərçəkmiş Orxan Ələsgərov ifadəsində bildirib ki, Kəlbəcər rayonunda düşmənin açdığı artilleriya atəşi nəticəsində xəsarət alıb, həmin vaxt yanında olan Sərxan Ömərov isə həlak olub.

Zərərçəkmiş İbrahim Mayıllı qeyd edib ki, Zəngilan rayonu ərazisində düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində Fərid Mehbalı, Təbriz Rəhimov həlak olub, o, Rahib Məmmədov, Seymur Həsənli və daha bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Alim Məhərrəmov bildirib ki, Qubadlı rayonu ərazisində düşmənin basdırdığı minaların təmizlənməsi işləri ilə məşğul olan zaman partlayış baş verib. Hadisə nəticəsində o, V.Nağıyev, E.Əlişanov və V.İbrahimov müxtəlif xəsarətlər alıblar.

Zərərçəkmiş Fərid Şahbazov bildirib ki, Ağdam rayonunun Əliağalı kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan minaatan mərmilərinin yaxınlığına düşüb partlaması nəticəsində o, Sadiq Şəkərov və Murad Əliyev yaralanıblar.

Zərərçəkmiş şəxs Pərviz Şirinov qeyd edib ki, Ağdərə rayonunun Canyataq kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan qumbaranın yanında partlaması nəticəsində o, Elnur Soltanov və Sadiq Həmidov xəsarətlər alıblar.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavab verən zərərçəkmişlər - Murtuz Namazov və Məhəmməd Gilmizliyev bildiriblər ki, Zəngilan rayonu ərazisində meşə yolunda düşmənin basdırdığı minanın partlaması nəticəsində xəsarətlər alıblar. M.Namazov başından yaralanıb, M.Gilmizliyevin isə sağ ayağı dizdən amputasiya olunub.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş Sərxan İsgəndərov qeyd edib ki, Ağdərə rayonunun Gülyataq kəndi ərazisində düşmən tərəfindən avtomat silahdan açılmış atəşlər nəticəsində yaralanıb.

Zərərçəkmişlər Abdul Məlikov, Mərdan Allahverdiyev və Sahil Rəsulov bildiriblər ki, Ağdərə rayonunun Vəngli kəndi ərazisində yerləşən Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan artilleriya mərmisinin və əl qumbaralarının yaxınlıqlarına düşərək partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Həmin hadisədə Zamin Həsrətov, Bayram Hüseynov, Tamerlan Rəşidli, Sübhan Abbasov, Rəvan Məmmədov, Emin Cəfərov da yaralanıblar.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Ramil Manafov qeyd edib ki, Zəngilan rayonu ərazisində düşmənin açdığı atəşlər nəticəsində xəsarət alıb.

Samir Əkbərov dedi ki, Ağdam rayonu ərazisində düşmənin basdırdığı minanın partlaması nəticəsində xəsarət almış şəxslərin təxliyəsi zamanı özü və yanında olan bir neçə şəxs də minaya düşüb və partlayış nəticəsində yaralanıblar.

Zərərçəkmiş Rüstəm Rüstəmov isə ifadəsində qeyd edib ki, Ağdərə rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan atəşlər nəticəsində yaralanıb.

Ramal Bədəlli və Xəyal Hacıyev də ifadələrində müxtəlif istiqamətlərdə düşmən tərəfindən açılmış atəşlər nəticəsində yaralandıqlarını bildiriblər.

Daha sonra məhkəmə prosesi cinayət işi materiallarında olan sənədlər və digər sübutların tədqiqi ilə davam etdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 24-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

27 oktyabr 2025 | 22:57

Tankın üzəri qanına bulaşdığı üçün onu döyüb, işgəncə veriblər... - MƏHKƏMƏ

 Tankın üzəri onun bədənindən axan qana bulaşdığı üçün onu döyüb, işgəncə veriblər.

Yurd.Media xəbər verir ki, bu barədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclasında ifadələrin səsləndirilməsi zamanı deyilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri elan olunub.

Zərərçəkmiş şəxs - “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin 1 saylı yol-nəqliyyat idarəsinin sürücüsü Seyidov Nadir Bədir oğlu ifadəsində göstərib ki, idarə etdiyi ekskavator 2021-ci il noyabrın 19-da Zəngilan rayonu ərazisində düşmənin basdırdığı minaya düşüb. Partlayış nəticəsində o və yanında olan Renad Ağababayev xəsarət alıblar.

Zərərçəkmiş şəxs Zeynalov Bəykişi Musa oğlunun elan olunan ifadəsinə əsasən, 2020-ci il sentyabrın 27-də Ağdamın Qaradağlı kəndində yaşadığı evə Ermənistan silahlı qüvvələrinin atdığı mərminin düşməsi nəticəsində müxtəlif bədən xəsarətləri alıb, evi əşyalarla birlikdə yararsız hala düşüb.

Elan edilən ifadələrə əsasən, zərərçəkmiş Həsənov Mehman Fikrət oğlu 2023-cü il sentyabrın 19-da Ağdam rayonunun Mollalar kəndi ərazisində düşmənin atdığı mərminin, zərərçəkmiş şəxs Quliyev Hüseyn Mahir oğlu eyni tarixdə Ağdərə rayonunun Canyataq kəndi ərazisinə atılan mərminin partlaması, Həsənli İmran Elman oğlu isə həmin il sentyabrın 20-də Ağdərə rayonu istiqamətinə açılmış atəşlər nəticəsində bədən xəsarətləri alıblar.

Elan olunan digər ifadələrə görə, zərərçəkmiş şəxs Fərzəliyev Samir Vaqif oğlunun hüquqi varisi Fərzəliyeva Siyafər Əli qızı övladının 2020-ci il sentyabrın 27-də, zərərçəkmiş şəxs İsmayılov Mirrəhim Mirmehdi oğlunun hüquqi varisi İsmayılov Mirmehdi İsmayıl oğlu isə övladının həmin il oktyabrın 2-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində həlak olduqlarını bildiriblər.

Zərərçəkmiş Tevon Tağıyevin ifadəsində qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 16-da yaşadığı Xocavənd rayonunun Qaradağlı kəndinə hücumu zamanı onu, digər kənd sakinlərini və hərbçiləri girov və əsir götürüblər. Ermənistan hərbçiləri onları Xankəndi istiqamətində aparıblar. O, Kamonu, Samveli və Abonu tanıyıb. Ermənistan hərbçiləri yolda Şahmurad Hüseynovu, Həbib Hüseynovu və Zahid Xəlilovu öldürüblər. Xankəndidə saxlanıldıqdan sonra Vartan Balayan onunla birlikdə 12 nəfəri Xocavəndə gətirib. Onlar dəyişdirilən günədək Xocavənddə saxlanılıblar. Xocavənddə olduqları müddətdə Ermənistan hərbçiləri onlara işgəncələr veriblər. Oğlu Telman Tağıyev Qaradağlı kəndində Ermənistan hərbçiləri tərəfindən öldürülüb, meyitini götürə bilməyib.

İlyasov Babək Həsən oğlunun ifadəsində vurğulanıb ki, o, 1993-cü il martın 31-də Kəlbəcər rayonunda “Tunel” adlanan ərazidə Ermənistan ordusunun hərbçiləri tərəfindən girov götürülərək, Xankəndi Şəhər Uşaq Xəstəxanasında saxlanılıb. Sonra həmin il iyunun 13-də girovluqdan azad olunub. Girov götürülərkən sağ gözündən yaralansa da, ona heç bir tibbi yardım göstərilməyib. Nəticədə bir gözünün görmə qabiliyyəti tamamilə itib. Həmin vaxt babası Aslan Mirzəyev və anası Afət Mirzəyeva vəhşicəsinə qətlə yetiriliblər.

Zərərçəkmiş Bayramov Faik Səlim oğlu ifadəsində göstərib ki, 1993-cü il iyunun 16-da Ağdam rayonunun Yetim Cinli kəndinin yaxınlığında yerləşən gölün kənarında Ermənistan hərbçiləri tərəfindən 12 nəfərlə birlikdə əsir götürülüb. Bir həftə Ağdam rayonunda, sonra Şuşa şəhərində yerləşən həbsxanada saxlanılıblar və ağır işgəncələrə məruz qalıblar. Ermənistan hərbçiləri yumruq-təpik, taxta parçaları ilə onu möhkəm döyməklə burnunu və dişlərini sındırıb, ac-susuz saxlayıblar.

İfadəsi elan olunan İsmayılov Asif Sakit oğlu qeyd edib ki, 1994-cü il aprelin 19-da Ağdamın İlxıçılar kəndi istiqamətində əsir götürülüb. Ermənistan hərbçiləri onu yaralı vəziyyətdə tankın üzərinə qoyub tanımadığı istiqamətdə aparıblar. Tankın üzəri onun bədənindən axan qana bulaşdığı üçün onu döyüb, işgəncə veriblər. Bundan başqa, Ermənistan hərbçiləri silahın qundağı ilə vuraraq onun burnunu qırıblar. Onu və digər əsirləri Şuşa həbsxanasına aparıb 1994-cü ilin sonlarından 1995-ci ilin əvvəllərinədək soyuq, qaranlıq kameralarda saxlayıblar. Orada erməni nəzarətçilər onu və digər əsirləri vəhşicəsinə döyüb, işgəncələr veriblər. Həmin nəzarətçilərdən Arturun, Manvelin, Samvelin, Vanyanın və Jirikin adlarını xatırlayır.

Zərərçəkmiş Əliyev Şövqi Xəqani oğlu ifadəsində bildirib ki, Ermənistan silahlı qüvvələrinin hərbçilərinin Ağdam rayonuna hücumu zamanı qardaşı Nicat Əliyev və ana babası Oktay Əliyev öldürülüb, özü, atası Xəqani Əliyev, anası Könül Əliyeva və nənəsi Zənifə Əliyeva yaralı vəziyyətdə girov götürülüblər. Girov götürüldükdən sonra Xankəndi Şəhər Uşaq Xəstəxanasında erməni həkimlər tərəfindən müalicə olunmaq əvəzinə, bazu sümüyü əzələ qatı ilə birlikdə transplantasiya məqsədilə çıxarılıb, nəticədə ömürlük şikəst olub.

Hacıyev Elman Qəhrəman oğlu ifadəsində diqqətə çatdırıb ki, 1993-cü il sentyabrın 25-də Murov dağı yaxınlığında Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülüb, vəhşicəsinə döyülüb. Sonra yük avtomobili ilə Kəlbəcərin Yanşaq kəndinə aparılıb, həmin kənddə yerləşən hərbi hissədə sorğu-sual olunub. Suallara verdiyi cavabları qəbul etmədikləri üçün onu huşunu itirənədək döyüblər. Həmin hərbi hissədə bir müddət qaldıqdan sonra Ağdərə rayonuna aparılıb və Yaşa adlı erməninin evinin zirzəmisinə salınıb. Həmin yerdə də saxlanıldığı müddətdə ağır işgəncələrə məruz qalıb. 1994-cü ilin təxminən aprel ayında bir neçə azərbaycanlı əsirlə birlikdə onu Şuşa həbsxanasına aparıblar. Orada da mütəmadi olaraq vəhşicəsinə döyülüb. 1994-cü ilin təxminən iyul ayında onu adlarını xatırlamadığı bir neçə azərbaycanlı əsirlə birlikdə Xankəndi şəhərinə gətiriblər. O, 1994-cü ilin təxminən oktyabr ayınadək orada qalıb. Sonra Xocavənd rayonunun Ağbulaq kəndinə aparılıb və 1995-ci ilin təxminən dekabr ayınadək həmin kənddə tanımadığı erməninin yaşadığı evdə əl-qolları bağlı saxlanılıb. 1995-ci ilin sonlarında Şuşa həbsxanasına, 1996-cı ilin mart ayının ortalarında Xankəndi şəhərində yerləşən xüsusi rejimli təcridxanaya aparılıb. Bu müddətdə Ağbulaq kəndində adlarını xatırlamadığı azərbaycanlı əsirlərlə Samvel Babayan və onun qardaşı Karo Babayan üçün ev tikintisində fəhlə işlərinə cəlb olunub. Orada olduğu müddətdə Lyova, Lyoşa kimi çağırılan Lüdvik, Mayıs, Andrey, Karen, Vova və Qarik adlı şəxslər mütəmadi olaraq onu vəhşicəsinə döyüblər.

Kərimov Təbriz Əjdər oğlu, Səfərli Vüsal Mirzəli oğlu və digərləri isə ifadələrində 2020-ci ilin iyulunda baş verən, Azərbaycanın Milli qəhrəmanları - general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin də həlak olduqları Tovuz döyüşlərində xəsarət aldıqlarını bildiriblər.

Sonra məhkəmədə müdafiə tərəfinin təqdim etdiyi sübutlar tədqiq olunub.

Belə ki, tədqiq olunan sənədlərdən bir neçəsini təqsirləndirilən Arayik Harutyunyanın hüquqlarını müdafiə edən vəkillər – Cavid Rzazadə və Anar Məmmədov təqdim etmişdi. Sənədlər Arayik Harutyunyanın doğum haqqında şəhadətnaməsinin, Ermənistan Respublikası pasportunun surətləri, həmçinin təhsil almasına dair arayış idi.

Bundan başqa, A.Harutyunyanın müdafiəçilərinin vəsatəti əsasında cinayət işi materiallarında olan istintaq eksperimentinin protokolu və AZƏRTAC-ın rəsmi saytında dərc olunmuş məqalə elan edilib.

Arayışda göstərilir ki, Arayik Harutyunyan 1990-cı ildə İrəvan Xalq Təsərrüfatı, indiki Ermənistan Dövlət İqtisadiyyat Universitetinin Planlı iqtisadiyyat fakültəsinin gündüz şöbəsinə qəbul olub. 1993-cü ildə Xankəndidə yerləşən “Universitetə” köçürülməsi ilə əlaqədar həmin institutdan azad edilib.

Məhkəmədə tədqiq olunan, Arayik Harutyunyanın pasportunun surəti ilə bağlı təqsirləndirilən şəxs öz müdafiəçisinin sualını cavablandırarkən deyib ki, qondarma rejimin “ərazisi”ndə yaşayanlara Ermənistan pasportları “070” kodu ilə verilirdi. Bu pasportların Ermənistan Respublikasının vətəndaşlarına verilən pasportlardan fərqi onda idi ki, qeyd olunan pasport koduna malik şəxslər Ermənistanda keçirilən seçkilərdə iştirak edə, o cümlədən səs verə bilməzdilər. Buna baxmayaraq, pasport kodu “070” olan hər kəsin Ermənistan vətəndaşı kimi xarici ölkələrdə turizm, təhsil, səhiyyə və digər məqsədlərlə səyahət etmək hüququ var idi.

Dövlət ittihamçısı Vüsal Abdullayevin təqsirləndirilən şəxsin doğum haqqında şəhadətnaməsində anadan olduğu yerin Azərbaycan SSR-in Xankəndi şəhəri, pasportunda isə Ermənistan SSR qeyd olunması ilə bağlı “Bu, Ermənistanın Qarabağı öz ərazisi kimi sayması demək deyilmi” sualına təqsirləndirilən şəxs cavab verməkdən yayınaraq deyib ki, bu məsələni heç vaxt Ermənistanın aidiyyəti orqanları ilə müzakirə etməyib, həmçinin bu məsələ heç vaxt müzakirə mövzusu olmayıb.

Dövlət ittihamçısı təqsirləndirilən Arayik Harutyunyanın sıravi şəxs olmadığını xatırladaraq, suala mahiyyəti üzrə konkret cavab vermədiyini bildirib və əlavə edib: “Cavab vermək istəmirsinizsə, bu, sizin hüququnuzdur”.

Məhkəmə prosesi oktyabrın 30-da davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

23 oktyabr 2025 | 23:48

Vəhşicəsinə döyüb, ac-susuz saxlamaqla işgəncəyə məruz qoyublar - MƏHKƏMƏDƏ İFADƏLƏR

"Üç gün ərzində onu mütəmadi olaraq vəhşicəsinə döyüb, ac-susuz saxlamaqla işgəncəyə məruz qoyublar".

Yurd.Media xəbər verir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 23-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Sədrlik edən Zeynal Ağayev bildirib ki, 82 nəfər zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə prosesində iştirak edə bilməyəcəklərini, ibtidai istintaqa ifadələrinin məhkəmə prosesində tədqiq olunmasını xahiş edib.

Zərərçəkmişlərin iclasda iştirak edə bilməməsinə və ibtidai istintaqa ifadələrinin tədqiq edilməsinə etiraz edən olmayıb.

Ardınca məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı məhkəməyə müraciət etmiş zərərçəkmiş şəxslərin ifadələri elan edilib.

Zərərçəkmiş Azad Kamal oğlu Tahirovun elan olunan ifadəsinə əsasən, o, Ermənistanın əsirliyində olarkən Maksim adlı polis əməkdaşının avtomat silahın uc hissəsi ilə onun ağzından möhkəm zərbə vurması nəticəsində dişi qırılıb. Eyni zamanda, həmin Maksim barabanlı tapançaya bir güllə qoyub fırlatmaqla onunla əsir yoldaşları arasında "ruletka" oyunu oynayıb. Yəni, tapançanı növbə ilə əvvəl onun, sonra Şahlar Qurbanovun başına dirəyərək tətiyi çəkib. İki halda atəş açılmayıb. Lakin Tağı Bayramovun başına tutub tətiyi çəkdikdə isə açılmış atəş nəticəsində sonuncu yerindəcə ölüb. Qətlə yetirilmiş Tağı Bayramovun meyitini Ermənistan hərbçilərinin tələbi ilə çayın kənarına aparıb orada basdırıblar.

Tağıyev Talıb Əzim oğlu ifadəsində göstərib ki, 1991-ci il aprelin 10-da Cəbrayıl rayonunun Havıslı kəndi yaxınlığında Ermənistan hərbçiləri onun, eləcə də Əsədullayev Qubad Cavad oğlunun və Məmmədov Qara Salman oğlunun olduğu "Jiquli" markalı avtomobili saxlayaraq Hadrut polis şöbəsinə aparıb və orada onlara işgəncə veriblər. Eləcə də hadisədən sonra bu fakt üzrə aparılmış araşdırmanın gedişində həmin dövrdə keçirilmiş tanınma istintaq hərəkəti zamanı ona işgəncə vermiş V.E.Martirosyan, M.Q.Konstandov və P.M.Ayriyanı tanıyıb.

Ağayev İlham Cabir oğlu elan olunan ifadəsində bildirib ki, o, 1994-cü il mayın 5-də Tərtər rayonundakı 3-cü Sovxoz adlanan ərazidə Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində yaralanıb və əsir götürülüb. Təxminən bir ay Qaradağlı kəndində saxlanıldıqdan sonra onu Şuşa həbsxanasına aparıblar. Qaradağlıda saxlanıldığı müddətdə yaralarına baxılmadığından səhhəti ağırlaşıb. Bu səbəbdən onu Xankəndi Şəhər Uşaq Xəstəxanasına göndəriblər. Uşaq xəstəxanasında Ermənistan hərbçiləri tərəfindən əsir və girov götürülmüş digər azərbaycanlılar da saxlanılıb. 1994-cü il iyunun axırında onu Şuşa həbsxanasına aparıblar. Zərərçəkmiş bildirib ki, uşaq xəstəxanasında Kamo adlı nəzarətçi orada əsirləri və girovları döyürdü. Daha sonra onu Şuşaya, oradan da Xocavənd rayonunun Ağbulaq kəndinə aparıblar. Orada əsir və girovların sayı təxminən 50 nəfər olub. Ağbulaqda saxlanılan zaman da ağır işgəncələrə məruz qalıb.

Zərərçəkmiş Rəhimov Vahid Qaroğlan oğlu ifadəsində göstərib ki, 1993-cü il avqustun 28-də Qubadlı rayonunun Xanlıq kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərkən həyat yoldaşı Fadina Qalina Gennadiyevna ilə birlikdə girov götürülüb, avtomat silahın qundağı, yumruq-təpiklə döyülərək 1 gün su anbarında, daha sonra Hadrut qəsəbəsində saxlanılıb. Onlar girovluqda saxlandığı müddət ərzində də dəfələrlə ağır işgəncələrə məruz qalıblar.

Digər zərərçəkmiş Rasim Məmmədov ifadəsində qeyd edib ki, 1993-cü ilin payızında Ermənistan silahlı qüvvələri tərəfindən atılan mərminin onun yanına düşməsi nəticəsində xəsarət alıb, huşunu itirərək yerə yıxılıb, ayıldıqda "Niva" markalı avtomobildə olduğunu və girov götürüldüyünü bilib. İki-üç həftə bilmədiyi yerdə saxlanılıb, daha sonra Ermənistanın Gorus rayon ərazisində yerləşən fermaya gətiriblər. Orada döyülüb, pis rəftara və ağır işgəncələrə məruz qalıb. Daha sonra Gümrüyə aparılıb. Orada ondan başqa adlarını unutduğu təxminən 15-20 nəfər azərbaycanlı əsir və girov da olub.

Zərərçəkmiş Abdullayev Nazim Şakir oğlu ifadəsində göstərib ki, o, 1988-1992-ci illərdə Azərbaycanın cənub su layihələşdirmə institutunda topoqraf-mühəndis işləyib. 1991-ci il noyabrın 15-də Xankəndi şəhəri ilə Şuşa şəhərinin arasında əsir götürülüb. Üç gün ərzində onu mütəmadi olaraq vəhşicəsinə döyüb, ac-susuz saxlamaqla işgəncəyə məruz qoyublar.

Zərərçəkmiş Rəhimov İlham Allahverən oğlunun ifadəsinə əsasən Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı zamanı o, Əvəz Mirzəyev, Rafiq Mustafayev, Xankişi Həsənov, Fəxrəddin Bəhramov yaralanıb, Asif Həsənov, Şahmar İbrahimov, Müseyib Nəsibov, Nəsib Rüstəmov, Yasin Rəhmənov və Hətəm Bəhramov həlak olublar.

Əhmədov Niyyət Binnət oğlu ifadəsində göstərib ki, o, 1993-cü il aprelin 18-də atası Binnət, anası Busat, bacıları Zövqiyyə, Şərqiyə, Arzu, qonşuları Zübeydə, Şamama və digərləri canlarını qurtarmaq üçün yaşadıqları Kəlbəcər rayonunun Başlıbel kəndində olan daş mağarada gizləniblər. Həmin gün Ermənistan hərbçiləri onların gizləndikləri mağaranı atəşə tutublar. Qohumlarından olan Busat, bacısı Zövqiyyə, Gülgəs, Əhliman, Çiçək, Yaqut, Hüseyn, Məhəmməd, Aygün, Surxay və Çingiz güllə yarasından ölüblər. O, sağ qalmış və yaralanan digər qohumları girov götürülüblər. Sonra Ermənistan hərbçisi atası Binnəti güllə ilə vuraraq, qol və sinə nahiyələrindən yaralayıb. Onu və digər sağ qalan qohumlarını Xankəndi şəhərinə aparıblar. Ermənistan hərbçiləri onu və digər yaralı qohumlarını Xankəndi Şəhər Uşaq Xəstəxanasında, digərlərini isə Xankəndi şəhər uşaq bağçasında yerləşdiriblər. Orada erməni həkimləri ona heç bir ağrıkəsici dərman verməyib, əksinə, işgəncə verərək gözünün və ayağının yarasına zərbələr yetirib, çirkli bintlə sarıyıblar. Təxminən 8 ay müddətində xəstəxanada saxlanılıb. Zərərçəkmiş bildirib ki, orada nəzarətçilərin yaralı azərbaycanlı əsirlərə ağır işgəncələr verməsinə şahid olub.

Zərərçəkmiş Əliyeva Solmaz Dəmir qızı ifadəsində bildirib ki, Ermənistan hərbçiləri 1992-ci il mayın 8-də Şuşaya hücum edib. Həmin vaxt o, ailə üzvləri və qohumları ilə evlərinin zirzəmisində gizləniblər. Bir gün sonra Ermənistan hərbçiləri onu və qohumlarını girov götürüblər. Girov götürdükdən sonra avtomat silahın qundağı və təpiklə vuraraq, onları yük avtomobilinə mindirib Xankəndi şəhərində yerləşən təcridxanaya aparıblar. Orada kişiləri döydükdən sonra ayırıblar və qadınlarla uşaqları bir kameraya salıblar. Dörd gün ərzində onlara yeməyə heç nə verməyiblər. Hər gün onları ölümlə hədələyərək təhqir ediblər.

Zərərçəkmiş Məmmədov Qadir İmamqulu oğlu ifadəsində göstərib ki, o, 1993-cü il avqustun 20-də Füzuli rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb. İlyarım Şuşa həbsxanasında saxlanıldıqdan sonra onu Xocavənd rayonunun Ağbulaq kəndinə aparıblar. İyirmi gündən sonra girovluqdan qaçıb və Ağcabədi rayonuna gəlib. Əsirlikdə olan zaman işgəncələrə məruz qalıb.

Xocalı sakini Əliyeva Ətrabə Əhməd qızı ifadəsində qeyd edib ki, 1992-ci il fevralın 25-də saat 23 radələrində Ermənistan hərbçiləri şəhəri atəşə tutub. O, yaxınları ilə birlikdə meşəyə gedərək Ağdam rayonu istiqamətində hərəkət edib. Yolda Ermənistan hərbçilərinin onları atəşə tutması nəticəsində bacısı Məlahətin əri Tapdıq və 8 yaşlı qızı həlak olub. Onlar ikinci dəfə atəşə tutulanda sol ayağından yaralanıb, böyük çətinliklə Ağdam rayonunun Şelli kəndinə gəliblər.

Xocalı şəhər sakini Əzizov Arif Qüdrət oğlu ifadəsində göstərib ki, 1992-ci il fevralın 26-sı saat 20 radələrinə kimi digər azərbaycanlı sakinlərlə birlikdə Xocalı şəhərində zirzəmidə gizlənib, daha sonra Naxçıvanlı kəndi istiqamətində meşəyə gediblər. Fevralın 27-də saat təxminən 8 radələrində Ermənistan hərbçiləri onları Naxçıvanlı kəndində mühasirəyə alıb girov götürüblər.

1965-ci il təvəllüdlü Xocalı şəhər sakini Vəliyev Fikrət Cavad oğlu ifadəsində qeyd edib ki, 1992-ci il fevralın 25-də gecə saatlarında şəhər dörd bir tərəfdən tank və zirehli texnikadan atəşə tutulub, evlər yandırılıb. Soyqırımı zamanı qardaşı Füzuli itkin düşüb, bacısı Sürəyya Vəliyeva, habelə Eldar və Rəfil Əhmədovlar, Ülfət Əliyev meşədə qalıb və onlardan da heç bir xəbər yoxdur.

Məhkəmə iclasında digər zərərçəkmiş şəxslərin də ifadələri elan olunub.

Məhkəmə prosesi oktyabrın 24-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

17 oktyabr 2025 | 22:18

Azərbaycanın ərazi bütövlüyünün əleyhinə çıxışlar tədqiq olunub - MƏHKƏMƏ

Məhkəmədə Ermənistan vətəndaşlarının Azərbaycanın suverenliyi əleyhinə çağırışları tədqiq olunub.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 17-də davam etdirilib.

Yurd.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Əvvəlcə hakim Zeynal Ağayev bildirib ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış bir qrup şəxs məhkəməyə müraciət ünvanlayaraq üzrlü səbəbdən prosesdə iştirak edə bilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini və iclasda elan olunmasını xahiş ediblər.

Tərəflər həmin zərərçəkənlərin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məhkəmədə elan olunmasına etiraz etməyiblər.

Z.Ağayev deyib ki, həmin ifadələr növbəti iclaslarda elan olunacaq.

Sonra məhkəmə iclası sənədlərin elan olunması ilə davam etdirilib.

Belə ki, təqsirləndirilən şəxslər Arayik Harutyunyan, Bako Sahakyan, David Babayan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan, Levon Mnatsakanyan və digərlərinin bir sıra internet informasiya resurslarına müsahibələri, keçirdiyi görüşlərdə açıqlamaları və səsləndirdikləri fikirlər, eləcə də sosial şəbəkələrdə paylaşımları əsasında sənədlər tədqiq olunub.

Sənədlərə əsasən, həmin müsahibələrdə, açıqlamalarda, çıxışlarda, paylaşımlarda xalqlar arasında etnik, milli və dini düşmənçiliyin yayılmasına zəmin yaradan çağırışlar, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi əleyhinə çıxışlar və digər cinayət xarakterli məlumatlar, habelə müharibəyə və terrorçuluq törədilməsinə dair çağırışlar əksini tapıb.

Sənədlərin elanı başa çatdıqdan sonra iclasa sədrlik edən təqsirləndirilən şəxslərə həmin sənədlərə münasibət bildirmələri üçün söz verib.

Təqsirləndirilən şəxs L.Mnatsakanyan çıxış edərək, onun Cıdır düzündə erməni jurnalistə verdiyi müsahibənin yenidən tədqiq olunmasını istəyib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov həmin müsahibənin ötən məhkəmə iclaslarının birində təqsirləndirilən şəxslərin dindirilməsi zamanı nümayiş etdirildiyini və Levon Mnatsakanyanın da bununla bağlı dövlət ittihamçılarının suallarını cavablandırdığını deyib. Vurğulayıb ki, sözügedən müsahibə həmin iclasda tədqiq olunanda Levon Mnatsakanyan razılaşmadığı hissələrə dair fikirlərini bildirib və bu, iclas protokolunda da öz əksini tapıb. Dövlət ittihamını müdafiə edən prokuror həmin sübutun yenidən tədqiqinə ehtiyac olmadığını deyib və məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş edib.

Bundan sonra hakim Zeynal Ağayev sözügedən videomüsahibənin nümayiş olunduğu iclasın protokolundan Levon Mnatsakanyanın narazılığını bildirdiyi hissəni elan edib.

Ardınca təqsirləndirilən D.İşxanyan məhkəməyə müraciət edərək, Ermənistanın müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryanın mediaya müsahibəsinin videosuna baxmağa şərait yaradıldığını bildirib.

Qeyd edək ki, D.İşxanyan əvvəlki məhkəmə iclasında həmin videonun təqsirləndirilən şəxslərə verilən planşetə yüklənməsini istəmişdi.

D.İşxanyan, həmçinin qondarma rejimin "ordusunun qərargah rəisinin müavini" Kamo Vardanyanın imzaladığı məxfi sənədin surəti ilə tanış olmaq istəyib.

Əmrin surəti tanış olmaq üçün təqsirləndirilən şəxsə təqdim edilib.

Bundan başqa, təqsirləndirilən şəxslər Davit İşxanyan və David Babayan elan edilmiş sənədlərdə göstərilən bir çox xüsusatla razı olmadıqlarını bildirdilər.

Təqsirləndirilən şəxs A.Qukasyan çıxışında elan olunan sənədlərlə bağlı növbəti məhkəmə iclasında münasibət bildirməsinə şərait yaradılmasını məhkəmədən xahiş edib.

Hakim Zeynal Ağayev xahişin nəzərə alınacağını bildirib.

Məhkəmə prosesi oktyabrın 20-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

13 oktyabr 2025 | 20:46

Ermənistan silahlı qüvvələrinə məxsus məxfi sənədlər elan olunub - MƏHKƏMƏ

Məhkəmədə Ermənistan silahlı qüvvələrinə məxsus bir sıra məxfi sənədlər elan olunub.

Yurd.Media xəbər verir ki, bugün Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 13-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə iclası sənədlərin elan olunması ilə davam etdirilib.

Sənədlərdən birində qeyd edilib ki, qondarma qurumun mövcud olduğu müddət ərzində mediada həftəlik "Qoyamart" (Azərbaycan dilinə tərcümədə "yaşamaq uğrunda döyüş") hərbi proqramı yayımlanıb.

Həmin proqramın verilişləri izlənilərək təhlil edilib, Azərbaycan Respublikasının suveren ərazilərinin işğalının təşviq edilməsi və Azərbaycanın vaxtilə işğal altında olan ərazilərindəki Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığının yüksəldilməsi üzrə orada xidmət edən yüksəkrütbəli zabitlərin fəaliyyətinin qeydiyyatı aparılıb. Belə zabitlərdən biri general-mayor ali hərbi rütbəli, hazırda təqsirləndirilən David Manukyandır. "Qoyamart" hərbi proqramının 2020-ci il mayın 16-da yayımlanmış buraxılışına əsasən, Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsinin diviziyalarında "müdafiə döyüşündə atıcı silahlardan atəşin aparılma forma və metodları" və "müdafiə döyüşündə qumbaraatan taqımının tətbiqi" mövzularında "nümunəvi məşğələlər" keçirilib. Təlimlərə rəhbərliyi silahlı birləşmənin komandanı general-leytenant Calal Arutyunyan və onun 1-ci müavini general-mayor David Manukyan edib, "lazımi göstərişlər" veriblər.

Elan olunan sənədlərdən biri "Krunq" təşkilatının yaradılması və fəaliyyəti ilə bağlı olub.

Növbəti sənədlər Ermənistan Respublikası Müdafiə Nazirliyinin yaradılması, formalaşması barədə bir sıra məlumatlarla bağlı olub. Bildirilib ki, 1992-ci il yanvarın 28-də Ermənistan hökumətinin qərarı ilə Nazirlər Şurası yanında Əlahiddə Müdafiə Komitəsi ləğv olunub və onun bütün əmlakı yeni yaradılmış Müdafiə Nazirliyinin tərkibinə verilib. Müdafiə naziri vəzifəsinə Vazgen Sarkisyan təyin edilib.

Daha sonra Ermənistan silahlı qüvvələrinə məxsus bir sıra məxfi sənədlər elan olunub. Həmin sənədlərin hər birinin fotoşəkilləri də məhkəmədə nümayiş etdirilib.

Sənədlərlə sübut olunur ki, Ermənistan silahlı qüvvələrinin müxtəlif strukturlarına, habelə qondarma qurumun "ordusu"na (Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsinə - red.) Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində icra edilməsi məqsədilə müxtəlif hərbi tapşırıqlar verilib.

Məsələn, Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi general-polkovnik Yuri Xaçaturovun 04.05.2016-cı il tarixli, 0119 nömrəli məxfi əmrindən - döyüş tapşırığından görünür ki, qondarma qurumun "ordusunun komandiri"nə "6-cı müdafiə rayonu"nun tankəleyhinə çuxur və çuxur yollarının torpaq qatlarını təchiz etmək və aralıq səngər və müdafiə xətti kimi istifadə etmək, "9-cu müdafiə rayonu"nun tankəleyhinə çuxur və çuxur yollarını bir-biri ilə mütləq şəkildə birləşdirmək və bütünləşdirmək, döyüş düzülüşündə olan vasitələri maskalamaq tapşırılıb.

Məhkəmədə Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi, general-leytenant Movses Akopyanın və silahlı qüvvələrin Baş Qərargahının Kəşfiyyat idarəsinin rəisi, polkovnik V.Sarqsyanın İrəvan şəhərində tərtib olunmuş 24.12.2016-cı il tarixli, 016 nömrəli birgə məxfi əmri - döyüş tapşırığı da açıqlanıb və sənədin fotosu nümayiş etdirilib.

Məxfi sənəddən görünür ki, qondarma qurumun "ordusu"nun şimal-şərq istiqamətində ərazinin tədqiq edilməsi və radioelektron kəşfiyyat (REK) bölmələrinin mövqe rayonunun seçilməsi məqsədilə 2017-ci il yanvarın 10-14-də 24-cü Xüsusi Təyinatlı Əlahiddə Radiotexniki Alayının işçi qrupunun İrəvan-Xankəndi-Ağdərə-Suqovuşan-Xankəndi-İrəvan marşrutu üzrə səfərinin təşkil edilməsi, həmin əmrin icrasına nəzarət isə Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargahının Kəşfiyyat idarəsinin rəisinə tapşırılıb.

Məhkəmədə Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi, general-leytenant A.Davtyanın İrəvan şəhərində tərtib edilmiş 24.09.2019-cu il tarixli, 0261 №-li məxfi əmri - döyüş tapşırığı da açıqlanıb və nümayiş etdirilib.

Sənəddən görünür ki, Ermənistan Respublikası silahlı qüvvələrinin silahlanma rəisinə qondarma qurumun "ordusu"nun 1-ci, 2-ci, 3-cü, 4-cü və 7-ci "müdafiə rayonları"na 46 komplekt, 120 millimetrlik M-75 (M-74) minaatanlarının əvəzinə 20 komplekt 82 millimetrlik M-69, 26 komplekt 82 millimetrlik BM-37 minaatanlarının verilməsi tapşırılıb.

Həmin sənədlə qondarma qurumun "ordu komandiri"nə isə qeyd olunan silah-sursatın təhvil alınaraq həmin "müdafiə rayonları"na verilməsinin təşkil edilməsi və işlərin yekunu barədə 5 gün ərzində Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisinə məruzə edilməsi tapşırılıb.

Qondarma qurumun "ordusu" (Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsi - red.) "komandanın 1-ci müavini - qərargah rəisi" general-mayor Kamo Vardanyanın "Düşmənin yaşayış məntəqələrinin atəşlə məhv edilməsi barədə" 25.09.2020-ci il tarixli, 0671 nömrəli məxfi əmri (döyüş tapşırığı) də açıqlanıb. Əmrdən görünür ki, Xankəndi şəhərində birləşmə və hərbi hissə komandirlərinə 2020-ci il sentyabrın 28-dək qeyd olunan əmrə əlavə edilmiş yaşayış məntəqələrini atəş hədəfinə almaq, atəş üçün yerləşmələri hesablamaq və döyüş tətbiqi sənədlərinə əlavə etmək, döyüş hesablarını dəqiqləşdirmək, artilleriya hərbi hissələrində 40 km mənzilli G-2000 raketləri ilə atəş aparmaq üçün konkret olaraq bir vahid BM-21 sistemləri (YARS) hazırlamaq və onun üçün nəzərdə tutulmuş 80 ədəd raketdən 40 ədədini daimi olaraq atəş açacaq döyüş maşının nəqliyyat-doldurucu avtomobilində saxlamaq, digər 40 ədədini isə həmin döyüş maşını döyüş düzülüşünə açılmazdan əvvəl ona yükləmək, BM-21 YARS-ı dəyişdirici alətlərlə təchiz etmək tapşırılıb.

Əmrə əlavə edilmiş atəş məhvetmə hədəfinə alınmış yaşayış məntəqələrinin siyahısına Azərbaycanın Mingəçevir və Naftalan şəhərləri, Tərtər, Yevlax, Beyləqan, Ağcabədi və digər rayonları, habelə bir sıra qəsəbələri, kəndləri daxildir.

Elan olunan sənədlərə əsasən, həmçinin Vətən müharibəsinə qədər Azərbaycanın işğal altında olmayan, mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən məhv edilməsinə dair direktiv, məhv ediləcək yaşayış məntəqələrinin dəqiq koordinatları, hansı növ raketlərdən istifadə edilməsi təqdim olunub.

Bildirilib ki, həmin sənəddə hədəf kimi göstərilən koordinatlar Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən yoxlanılıb və həmin koordinatların Azərbaycan Respublikasının yaşayış məntəqələrinə uyğun gəldiyi öz təsdiqini tapıb.

Məhkəmə prosesi oktyabrın 16-da davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

09 oktyabr 2025 | 21:51

İkinci Qarabağ müharibəsində Azərbaycana qarşı muzdlular döyüşüb - MƏHKƏMƏDƏ SÜBUTLAR

İkinci Qarabağ müharibəsində Azərbaycana qarşı muzdluların döyüşməsi ilə bağlı sənədlər elan olunub.

Yurd.Media xəbər verir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 9-da davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Əvvəlcə məhkəmə prosesində hərbi əməliyyatlara cəlb edilmiş muzdlu döyüşçülər barədə sənədlər elan olunub.

Belə ki, Azərbaycanın müxtəlif dövlət qurumlarından daxil olmuş sənədlər elan olunub, müvafiq fotoşəkillər nümayiş etdirilib.

2020-ci il oktyabrın 24-nə dair sənədə əsasən, Ermənistan 44 günlük Vətən müharibəsi zamanı döyüşlərdə verdiyi itkiləri kompensasiya etmək üçün Azərbaycanın işğal olunmuş suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin tərkibinə əcnəbi vətəndaşları cəlb etməyə ciddi səylər göstərib.

Xüsusən Ermənistan hökuməti və üçüncü ölkələrdə olan erməni diaspor təşkilatları tərəfindən erməni icmasının üzvlərinə təcili surətdə Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində gedən döyüşlərə qoşulmaq barədə çağırışlar edilib.

Habelə xarici dövlətlərdə xüsusi bilet satışı kampaniyaları təşkil olunub, toplanış məntəqələri təyin edilib. Nəticə etibarilə Azərbaycanın həmin vaxt Ermənistanın işğalı altında olan suveren ərazilərində gedən hərbi əməliyyatlarda Fransadan, ABŞ-dan, Suriyadan, Rusiya Federasiyasından və digər ölkələrdən olan əcnəbi döyüşçülər iştirak edib. Hərbi əməliyyatlara "VoMA" (İrəvan şəhərində fəaliyyət göstərən hərbi təlim mərkəzi), ASALA və digər terror təşkilatları da cəlb olunublar.

Başqa bir sənədə əsasən, "VoMA" təşkilatı Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və ona yaxın şəxslərlə, eləcə də ASALA terror təşkilatının fəal üzvlərindən olan Alek Yeniqomşyan ilə yaxın dostluq əlaqələri saxlayan Vladimir Vartanov tərəfindən yaradılıb.

Təşkilatın hərbi təlimləri qış aylarında Ermənistanın Cermux və Dilican rayonlarında, yay aylarında isə Azərbaycanın vaxtilə işğal altında olmuş Kəlbəcər rayonunun Keşdək kəndi və Ermənistanın Bjni kəndindəki dağətəyi ərazilərdə təşkil olunub.

Hərbi təlimlər Ermənistan vətəndaşları Vardan Enoqyan, Samvel Qalstyan, Baqrat Beqlaryan, Artak Baqratyan, Levon Qevorqyan, Badal Safaryan, Qor Melkonyan, Qareqin Baqdyan, Spartak Hovanessyan tərəfindən keçirilib. Qrup rəhbəri Qevorq Qriqoryan, təşkilat üzvlərinin yerləşdirilməsinə cavabdeh Edqar Arşakyan, qida məsələlərinə cavabdeh Qoş Qalstyan, ümumi təlimatçı Vaginak Vartanov (Vladimir Vartanovun oğlu) olub.

"VoMA"nın Rusiya Federasiyasında yaşayan ermənilərlə koordinasiya işini "Yerkrapa" təşkilatının Rusiya nümayəndəliyinin fəxri üzvü, Rusiya vətəndaşı Tananyan Qayane Arturovna təşkil edib. "VoMA"nın fəaliyyəti üçün tələb olunan maddi vəsait əsasən Rusiya Federasiyasından, eləcə də ABŞ-dan, Fransadan, Avstriyadan və Livandan göndərilən ianələr, həmçinin Ermənistandakı sahibkarların yardımları və iştirakçıların üzvlük ödənişləri hesabına formalaşdırılıb.

Digər sənəddə qeyd edilib ki, "VoMA" təşkilatının rəhbəri Vladimir Vartanov 1965-ci ildə Yerevan şəhərində doğulub, 1992-ci ildə Ermənistanın sabiq müdafiə naziri Vazgen Sarkisyanın müşaviri olub, nasist Qaregin Njdenin "özünümüdafiənin vacibliyi" ideologiyasını dəstəkləyir.

Qeyd edilib ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Suqovuşan istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələri tərəfdən Livan, Fransa və ABŞ vətəndaşları aktiv iştirak edib.

Xarici ölkələrdən gəlmiş "könüllü" dəstələrə "Baron Norik" ləqəbi ilə tanınan Livan vətəndaşının rəhbərlik edib. Onların arasında Hakop adlı Livan vətəndaşı və eyniadlı ABŞ vətəndaşı da olub.

ASALA ilə əlaqələrə malik olan Fransa vətəndaşı Gilbet Minasyan 15 nəfər erməniəsilli Fransa vətəndaşını döyüşmək üçün həmin Azərbaycanın işğal altında olmuş suveren ərazilərinə göndərdiyini bildirib, xarici ölkə vətəndaşları Artur Oqanisyan (Fransa), Stefan Keşişyan (Suriya), Gevorq Xaçyan (Livan), Armen Knyazyan (İspaniya), Aruşan Badasyan (ABŞ) və digərləri könüllü qismində Azərbaycana qarşı döyüşlərdə iştirak ediblər.

Elan olunan sənədə görə, Knyazyan Armenin Arayik Harutyunyan ilə dostluq münasibətləri olub, o, 2016-cı ildə Aprel döyüşlərində də iştirak edib.

Əlavə edilib ki, Armen Artavadzi Knyazyan 1974-cü ildə anadan olub, işləmək üçün Almaniya Federativ Respublikasına, sonra isə ailəsi ilə birlikdə İspaniya Krallığına gedərək həmin dövlətin vətəndaşlığını alıb. Lioret de Mar (Girona) şəhərində "El İtaliano Giorgio" adlı 3 restoranın sahibi olub. 2020-ci ildə Vətən müharibəsi başlayanda əmisi oğlanları Sarkis və Norik ilə birlikdə Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərinə gələrək Ermənistan silahlı qüvvələrinin tərkibində döyüş əməliyyatlarına qatılıb. Ölümündən sonra ona qondarma rejimin "qəhrəmanı" adı verilib.

Qeyd edilib ki, Fransanın Marsel şəhərindən gəlmiş Artur Oqanisyan 2020-ci ildə Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycanın Hadrut və Cəbrayıl rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak edib.

Daha bir sənədə əsasən, Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində Azərbaycan Silahlı Qüvvələrinə qarşı Ermənistan silahlı qüvvələri ilə yanaşı, xarici dövlətlərdən (Suriya, Rusiya Federasiyası, İspaniya, Kanada, Fransa, Yunanıstan, Livan, Yaxın Şərq və Latın Amerikası ölkələrindən) gətirilmiş muzdlular və müxtəlif terror təşkilatlarına üzv olan döyüşçülər də iştirak ediblər.

Əvvəllər bu kimi muzdlular Ermənistanın hərbi qulluqçularına əsasən kəşfiyyat, diversiya, terror-təxribat və obyektlərin partladılması ilə bağlı təlimlər keçməyə dəvət olunsalar da, sonra birbaşa döyüşlərdə iştiraka cəlb ediliblər.

Daha sonra 2020-ci ilin iyul ayında Tovuz və Qazax rayonlarının yaşayış məntəqələrinin atəşə tutulması, 1992-ci il avqustun 27-də Goranboy rayonunun Gülüstan kəndində "QAZ-53" markalı avtomobildə 5 nəfərin öldürülməsi, həmin il sentyabrın 19-da Gülüstan kəndində azərbaycanlı sakinlərin atəşə tutulması, Yaqubova Aynur Həştərxan qızının, 1993-cü il iyunun 26-da Aslanov Firdovsi Bayram oğlunun və Aslanov Kamran Ramiz oğlunun, habelə digər şəxslərin öldürülməsi faktları üzrə sənədlər elan edilib.

Məhkəmə prosesi oktyabrın 10-da davam etdiriləcək.