Ağdərə rayonuna daha 17 (83 nəfər) ailə köçürülüb.
Yurd.Media xəbər verir ki, növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub.
Açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Bununla da kəndə köçürülən ailələrin sayı 205-ə (764 nəfər) çatıb.