SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“Ekol Mühəndislik Xidmətləri”ndə təyinat baş tutub

“Ekol Mühəndislik Xidmətləri”ndə təyinat baş tutub

  • 29 oktyabr 2026, 08:56

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “Ekol Mühəndislik Xidmətləri” QSC-də yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Nail Rzayev QSC-də Daxili Nəzarət Departamentinin rəis müavini vəzifəsinə təyin olunub.

O, oktyabr ayından etibarən yeni vəzifəsində fəaliyyətə başlayıb.

Xatırladaq ki, "Ekol Mühəndislik Xidmətləri" 2006-ci ilin mart ayında təsis edilib. Onun nizamnamə kapitalı 4,072 milyon manatdır. Müəssisənin fəaliyyətinin əsas məqsədi respublika hüdudlarından kənarda və respublika daxilində müasir texnologiyalardan istifadə edilməklə ətraf mühitin mühafizəsi istiqamətində: sənaye çirkab, məişət-fekal və tullantı sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi, antropogen təsirlərin nəticəsində yaranan fəsadların aradan qaldırılması, müəssisələrin fəaliyyətlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, icmalının aparılması, ekoloji texniki-normativ sənədlərin işlənməsi kimi ekoloji yönümlü xidmətlərin göstərilməsindən ibarətdir.

Nail RzayevNail Rzayev

Skat.az - Ev və Avtomobil elanları