“Global Activity Construction” şirkətində yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Vüsalə Məmmədova “Global Activity Construction”da hüquq departamentinin rəhbəri təyin olunub.
O, 2019-cu ilin dekabr ayından Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür və vəkil kimi fəaliyyət göstərir.
Vüsalə Məmmədova bundan əvvəl Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində baş hüquq məsləhətçisi vəzifəsində çalışıb. O, 2022-ci ilin noyabrından 2026-cı ilin mayınadək bu qurumda fəaliyyət göstərib.
O, həmçinin “Azericard” şirkətində hüquqşünas vəzifəsində çalışıb. Vüsalə Məmmədova 2019-cu ilin iyunundan 2022-ci ilin noyabrınadək bu şirkətdə işləyib.
Bundan əvvəl isə 2016-cı ilin iyunundan 2019-cu ilin iyununa qədər Dövlət Dəniz və Liman Agentliyində hüquqşünas vəzifəsində çalışıb.
Qeyd edək ki, "Global Activity Construction" Azərbaycanda infrastruktur və mülki layihələrin icrasında ixtisaslaşan şirkətidir. Şirkət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bir sıra irihəcmli layihələrini icra edib.
Vüsalə Məmmədova