SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Məhkəmə Ramil Məmmədli və rəhbərlik etdiyi “Grand-Mart”ı CƏZALANDIRDI

Məhkəmə Ramil Məmmədli və rəhbərlik etdiyi “Grand-Mart”ı CƏZALANDIRDI

  • 28 oktyabr 2026, 21:57

Bakıda fəaliyyət göstərən iri marketlər şəbəkəsinin rəhbərliyi yeni işçini sığortalamağı unudub.

Yurd.Media "Plat.az"a istinadən xəbər verir ki, işçisini istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığortalamayan “Grand-Mart” MMC 5 min manat cərimələnib. 

Şirkətlə F.Abbasova arasında əmək müqaviləsi bağlansa da, işçinin icbari sığortası təxminən bir ay sonra rəsmiləşdirilib. 

Şirkət nümayəndəsi məhkəmədə işçilərin sayının çox olduğunu və həmin işçinin sığortalanmasının unudulduğunu bildirib.

Dövlət Əmək Müfəttişliyi Xidməti şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə protokol tərtib edib.

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi şirkət barəsində icraata xitam verib, direktorunu isə 1500 manat cərimələyib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi şirkətlə bağlı qərarı ləğv edərək onu 5 min manat cərimələyib. Direktor barəsindəki cərimə qüvvədə saxlanılıb.   

Qeyd edək ki, “Grand-Mart” MMC-nin nizamnamə kapitalı 12,2 milyon manatdır. Şirkətin qanuni təmsilçisi Ramil Məmmədli Əşrəf oğludur. MMC-nin 962 min 989 manat vergi borcu var.

“Grand-Mart” MMC-ə “Grandmart", "Megastore", "Bizim market", "Novas Home", "Bolmart" kimi böyük marketlər şəbəkələri daxildir

Skat.az - Ev və Avtomobil elanları