“Azərişıq” ASC-nin 450 min manatdan çox vergi borcu yaranıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, qurumun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə vergi borcu 453 980 manat təşkil edir.
Qeyd edək ki, “Azərişıq” ASC 2000-ci il iyunun 29-da dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Vüqar Əhmədov Cəbrayıl oğludur. Nizamnamə kapitalı 1,68 milyard manat olan qurum ƏDV ödəyicisi kimi qeydiyyatdadır və riskli vergi ödəyicisi hesab edilmir.