SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“FİNCA Azerbaijan”ın iddiası MƏHKƏMƏDƏ: Tələb olunan məbləğ azaldıldı

“FİNCA Azerbaijan”ın iddiası MƏHKƏMƏDƏ: Tələb olunan məbləğ azaldıldı

  • 29 oktyabr 2026, 13:36
Sumqayıt

“FİNCA Azerbaijan” Bank olmayan kredit təşkilatı (BOKT) Sumqayıt Şəhər Məhkəməsində kredit götürən müştərisinə qarşı iddia qaldırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, iddiaçı bank cavabdehdən əsas borc üzrə 1867 manat, faiz borcuna görə 212 manat, cərimə borcuna görə 353 manat, cəmi 2432 manat məbləğində borcun və 44 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. 

Belə ki, “FİNCA Azerbaijan” 2024-cü ildə illik 26 faiz dərəcəsi olmaqla 30 ay müddətinə 5000 manat məbləğində kredit verib. Lakin, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməyib, kredit borcunu ödəməkdən yayınıb. 

Məhkəmə iddia tələbini qismən təmin edib. 

Cavabdehdən müqavilə üzrə 1867 manat əsas borc, 212 manat faiz borcu, 56 manat cərimə borcu olmaqla, cəmi 2135 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılıb. 

Qeyd edək ki, “FINCA Azerbaijan” BOKT bundan əvvəl müştərilərinə qarşı Ağsu Rayon Məhkəməsində, Şəmkir Rayon Məhkəməsində, Sabirabad Rayon Məhkəməsində, Ağdam Rayon Məhkəməsində və Xaçmaz Rayon Məhkəməsində iddia qaldırmışdı.

Skat.az - Ev və Avtomobil elanları