"AzerGold” QSC-də yeni kadr təyinatları olub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmrlər imzalanıb.
Sahib Əfəndiyev “AzerGold” QSC-də maliyyə direktorunun müavini vəzifəsinə təyin olunub.
O, şirkətdə Maliyyə direktorunun müavini – Korporativ maliyyə və risklər üzrə fəaliyyət göstərir.
Sahib Əfəndiyev yeni vəzifəsindən əvvəl “AzerGold”da İnvestisiya və Qiymətləndirmə Analizi şöbəsinin rəhbəri olub. O, bu vəzifədə 2021-ci ilin fevralından 2026-cı ilin sentyabrınadək çalışıb.
O, 2019-cu ilin martından 2021-ci ilin yanvarınadək isə şirkətdə Strategiya, Qiymətləndirmə və Maliyyə Modelləşdirilməsi üzrə baş mütəxəssis vəzifəsini tutub.

Şahəddin Babayev “AzerGold” QSC-də Təmir və tikinti sektorunun rəhbəri və baş mühəndis vəzifəsinə təyin olunub.
O, yeni təyinatından əvvəl, 2023-cü ilin avqustundan 2026-cı ilin iyun ayınadək “AzerGold”da Təmir və tikinti sektorunun rəhbəri vəzifəsini tutub.
O, 2022-ci ilin iyunundan 2023-cü ilin avqustunadək şirkətdə keyfiyyətə nəzarət mühəndisi, 2020-ci ilin oktyabrından 2022-ci ilin iyun ayınadək isə inşaat mühəndisi kimi fəaliyyət göstərib.

Ramin Əliyev “AzerGold” QSC-də Maliyyə planlaşdırılması və investisiya layihələrinin qiymətləndirilməsi şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.
O, yeni təyinatından əvvəl, 2023-cü ilin iyunundan 2026-cı ilin iyun ayınadək “AzerGold”da baş investisiya analitiki vəzifəsini tutub.

Fuad Əliyev “AzerGold” QSC-də Texniki dəstək şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.
O, yeni təyinatından əvvəl, 2025-ci ilin yanvarından 2026-cı ilin aprelinədək “AzerGold”da aparıcı informasiya texnologiyaları mütəxəssisi vəzifəsini tutub.
O, 2024-cü ilin iyunundan 2025-ci ilin fevralınadək isə şirkətdə İT dəstək mütəxəssisi kimi fəaliyyət göstərib.

Mirhüseyn Ağarəhimov “AzerGold” QSC-də geoloq vəzifəsində fəaliyyətə başlayıb. O, Kəlbəcər rayonunda yerləşən Söyüdlü (Zod) qızıl yatağında çalışır.
Mirhüseyn Ağarəhimov 2023-cü ilin oktyabrından 2026-cı ilin avqustunadək Geologiya və Geofizika İnstitutunda, 2022-ci ilin sentyabrından 2023-cü ilin iyulunadək isə AMEA-nın Geologiya və Geofizika İnstitutunda fəaliyyət göstərib.
