SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
“FINCA Azerbaijan” Şəmkirdəki müştərisi ilə MƏHKƏMƏDƏ

“FINCA Azerbaijan” Şəmkirdəki müştərisi ilə MƏHKƏMƏDƏ

  • 22 may 2026, 10:02

“FİNCA Azerbaijan” Bank olmayan kredit təşkilatı (BOKT) Şəmkir rayonunda kredit götürən müştərisinə qarşı iddia qaldırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, BOKT müştərisi Xaliq Paşayevdən kreditindən qalan 1594 manat əsas borc, 60 manat faiz borcu, 36 manat ödənilmiş dövlət rüsumunun tutulmasını istəyib. 

Belə ki, “FINCA Azerbaijan” X.Paşayevə ailə-kəndli təsərrüfatının yaradılması üçün illik 28 faizlə 24 ay müddətinə 3200 manat məbləğində kredit veribmiş. 

Lakin, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməyib, kredit ödənişlərini etməkdən yayınıb. 

Məhkəmə iddia tələbini təmin edib.

Qeyd edək ki, “FINCA Azerbaijan” BOKT bundan əvvəl müştərilərinə qarşı Sabirabad Rayon Məhkəməsində, Ağdam Rayon Məhkəməsində və Xaçmaz Rayon Məhkəməsində iddia qaldırmışdı.

Qeyd edək ki, “FINCA Azerbaijan” BOKT bundan əvvəl müştərilərinə qarşı Sabirabad Rayon Məhkəməsində, Ağdam Rayon MəhkəməsindəXaçmaz Rayon Məhkəməsində iddia qaldırmışdı.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları