“FINCA Azerbaijan” Bank olmayan kredit təşkilatı (BOKT) daha bir müştərisinə qarşı iddia qaldırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, təşkilat bununla bağlı Ağdam Rayon Məhkəməsinə müraciət edib.
İddiaçı cavabdehdən 1079 manat əsas borcun və 31 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
Məhkəmə iddia tələbini təmin edib.
Qeyd edək ki, “FINCA Azerbaijan” BOKT bundan əvvəl Xaçmaz Rayon Məhkəməsində iddia qaldırmışdı.