SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Auditdən yayınan Yol İnşaatçısı cərimələndi

Auditdən yayınan "Yol İnşaatçısı" cərimələndi

  • 15 noyabr 2026, 14:18

“Yol İnşaatçısı” MMC məcburi auditdən yayındığı üçün cərimələndi

“Yol İnşaatçısı” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi Uçot siyasəti şöbəsi tərəfindən MMC barəsində araşdırma aparılıb. 

Məlum olub ki, nəqliyyat infrastrukturu, yol tikintisi və təmiri sahəsində fəaliyyət göstərən “Yol İnşaatçısı” 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə həyata keçirilməli olan məcburi auditindən yayınıb.

“Yol İnşaatçısı” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib. 

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə MMC 1500 manat məbləğində cərimə edilib.

Skat.az - Ev və Avtomobil elanları