SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Quru Qoşunları təlimdə - VİDEO

Quru Qoşunları təlimdə - VİDEO

  • 14 noyabr 2026, 19:20

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Quru Qoşunlarının N saylı hərbi hissəsində bir qrup hərbi vəzifəlinin cəlb olunması ilə növbəti təlim toplanışı keçirilir.

Müdafiə Nazirliyinə Yurd.Media-ya bildirilib ki, səfərbərlik tədbirlərinin yerinə yetirilməsi ardıcıllığına uyğun olaraq təlimə cəlb olunanlar hərbi uçot ixtisası üzrə bölüşdürülüb, bütün növ təminatlarla təmin edilib:

"Toplanış çərçivəsində günün nizam qaydalarına uyğun fəaliyyətlər icra olunub, o cümlədən onlarla maarifləndirici söhbətlər aparılıb, hərbi nizamnamələrin, hərbi qanunvericiliyin tələbləri və təhlükəsizlik qaydaları çatdırılıb.

İştirakçılarla sıra, nizamnamə, ictimai-siyasi və ixtisas hazırlıqları üzrə məşğələlər keçirilib, həmçinin praktiki atış çalışması yerinə yetirilib", - deyə qeyd edilib.

Qeyd edək ki, toplanışın əsas məqsədi hərbi vəzifəlilərin praktiki vərdişlərinin təkmilləşdirilməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də onların yeni hərbi biliklər əldə etmələridir.

Quru Qoşunları təlimdə - VİDEO
Skat.az - Ev və Avtomobil elanları