Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində fəaliyyət göstərən “11 №-li Xüsusi Təyinatlı Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) böyük həcmdə borcu yaranıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin dövlətə vergi borcu 181 min manata çatıb.
Qeyd edək ki, “11 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC Quba rayonunda fəaliyyət göstərir. Şirkətin direktoru Hikmət Seyidovdur.
MMC avtomobil yollarının istismarı və saxlanılması sahəsində fəaliyyət göstərir.