SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Məhkəmə DYP-nin logistika şirkətinə yazdığı protokolları ləğv etdi

Məhkəmə DYP-nin logistika şirkətinə yazdığı protokolları ləğv etdi

  • 13 noyabr 2026, 19:36

“NN Logistics” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) barəsində iki inzibati protokol yazılıb. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “NN Logistics” MMC Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan “KRONE SD Yarımqoşqu” markalı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı vaxtında təqdim etməyib. 

Buna görə də şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol yazılıb. 

Xətai Rayon Məhkəməsinin qərarı ilə “NN Logistics” MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.

Bundan başqa, “NN Logistics” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə daha bir protokol yazılıb. 

Protokola əsasən, Xətai rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən MMC-nin mülkiyyətində olan “Renault HD001 Yük” markalı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verməyib. 

Məhkəmə bu protokol üzrə də inzibati icraata xitam verib.

Qeyd edək ki, “NN Logistics” 2022-ci ildən fəaliyyət göstərir. Şirkətin direktoru Rasim Nəsibovdur.

Skat.az - Ev və Avtomobil elanları