“AnewZ” beynəlxalq televiziya kanalının təsisçisi olan “CİBC Global” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nizamnamə kapitalı artırılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, “CİBC Global” MMC-nin kapitalı 50 min manat artırılaraq 52 167 411 manata çatdırılıb.
Qeyd edək ki, “CİBC Global" MMC 2024-cü ildə yaradılıb. Şirkət əsasən televiziya və radio siqnallarının ötürülməsi, eləcə də media istehsalı ilə məşğuldur. Onun ən böyük layihəsi olan “AnewZ” TV 4 noyabr 2024-cü il tarixində fəaliyyətə başlayıb və hazırda peyk vasitəsilə 110-dan çox ölkəyə yayımlanır.