SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“Monetri” BOKT 27 faizlə verdiyi krediti məhkəmə ilə alır

“Monetri” BOKT 27 faizlə verdiyi krediti məhkəmə ilə alır

  • 13 noyabr 2026, 11:54

“Monetri” Bank Olmayak Kredit Təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) Ağdam Rayon Məhkəməsində müştərisinə qarşı iddia qaldırıb. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin icraçı direktoru Nofəl İsmayılov rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərib ki, cavabdeh H. Vəlizadədən “Monetri” Bank Olmayak Kredit Təşkilatının xeyrinə 1217 manat əsas, 149 manat faiz, 5 manat cərimə - cəmi 1371 manat borcun və 34 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edib. 

Belə ki, BOKT müştərisinə 24 ay müddətinə, illik 27 faizlə, 2000 manat kredit verib, amma qarşı tərəf isə 1217 manat əsas, 149 manat faizdən borclu qalmaqla öhdəliyi icra etməyib. 

Məhkəmə iddia tələbini əsaslı olduğundan təmin edib.

Qeyd edək ki, 2013-cü ildə təsis edilmiş “Monetri” BOKT hazırda 10 milyon manat nizamnamə kapitalı var. Nizamnamə kapitalının 75.0 faizi “Practical Solutions Middle East FZ” Şirkətinə, 12.5 faizi Faiq Məmmədova, 12.5 faizi isə “Chaparxana KFT” şirkətinə məxsusdur. BOKT 2024-cü ilin III rübünə qədər “PSG BOKT” olaraq fəaliyyət göstərib.

Skat.az - Ev və Avtomobil elanları