SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şirkəti fəaliyyətini dayandırdı

Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şirkəti fəaliyyətini dayandırdı

  • 11 noyabr 2026, 15:58
Naxçıvan

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şirkəti fəaliyyətini dayandırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Ordubad Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fəaliyyətini dayandırıb.

“Ordubad Tikinti” MMC 2025-ci ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin adını və təşkilati-hüquqi forması dəyişməsi nəticəsində yaradılmışdı.

Qeyd edək ki, idarə 2007-ci ildə Ordubad Rayon Tikinti-Quraşdırma İdarəsi kimi dövlət qeydiyyatına alınıb. 2013-cü ildən isə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsi adı ilə yenidən dövlət qeydiyyatından keçmişdi. İdarənin direktoru Salmanov Əkrəm Südef oğludur.

Skat.az - Ev və Avtomobil elanları