Azərbaycanda borcların yığılması sahəsində fəaliyyət göstərən "KollektA" ASC nizamnamə kapitalını kəskin artırdı.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin 4 100 manat olan nizamnamə kapitalı 205 min manat artırılaraq 209 100 manata çatdırıldı.
Xatıraldaq ki, şirkət bu ilin sentyabr ayında hər birinin nominal və satış qiyməti 410 manat olan 500 ədəd yeni adi, adlı, sənədsiz səhm buraxmışdı.
Qeyd edək ki, şirkətin səhmlərinin 40%-i Mədəd Rüstəmova, 40%-i Camal Aydınova, 20%-i isə Rəşad Səlimova məxsusdur.
M.Rüstəmov həm də "MJ Financial Services" QSC bank olmayan kredit təşkilatında (BOKT) 30%, C.Aydınov isə 70% pay sahibidir. R.Səlimov isə "Neo" ASC BOKT-un səhmlərinin 40%-nə nəzarət edir.