SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“Fərqli Dünya, Bərabər Gələcək” layihəsinin ilk təlimləri keçirilib

“Fərqli Dünya, Bərabər Gələcək” layihəsinin ilk təlimləri keçirilib

  • 10 noyabr 2026, 19:27

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və "SDG Youth Community" təşəbbüs qrupunun təşkilatçılığı ilə həyata keçirilən layihənin ilk təlimləri baş tutub. 

Yurd.Media xəbər verir ki, “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi” çərçivəsində reallaşdırılan layihənin əsas məqsədi gənclər arasında inklüzivliklə bağlı məlumatlılığı artırmaq, fərqliliklərə hörmət və bərabər imkanlar anlayışlarını təşviq etmək, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı stereotiplərin aradan qaldırılmasına töhfə verməkdir.

Təlimlərdə iştirakçılar inklüzivliyin əsas prinsipləri, cəmiyyətdə bərabər imkanların əhəmiyyəti və fərqliliklərə yanaşma mövzularında biliklərini genişləndirmək imkanı əldə ediblər. İnteraktiv müzakirələr və praktiki yanaşmalar vasitəsilə inklüziv düşüncənin gündəlik həyatda və ictimai münasibətlərdə rolu daha yaxından dəyərləndirilib.

Layihə çərçivəsində növbəti həftələrdə keçiriləcək təlim və digər fəaliyyətlərlə gənclərin inklüzivlik sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də rəqəmsal platformalarda maarifləndirici paylaşımlar vasitəsilə ictimai məlumatlılığın artırılması nəzərdə tutulub.

Skat.az - Ev və Avtomobil elanları