“L FİN” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) müştərisini məhkəməyə verib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət nümayəndəsi Ağdam Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 2654 manat əsas, 266 manat cərimə və 49 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.
Belə ki, müştəriyə 12 ay müddətinə 4010 manat dəyərində “iPhone 17 pro” markalı telefon kreditə verilib. Amma qarşı tərəf 2654 manat əsas məbləğdən borclu qalmaqla öhdəliyi icra etməyib.
Məhkəmə iddia tələbini qismən təmin edib. Cərimə pulu 10 manata salınaraq cəmi 2713 manatın “L FİN” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılıb.